“Future Lab” insanların həyatını asanlaşdıran innovativ həllər təklif edəcək

“Hal-hazırda “Future LAB” fəaliyyətini əsasən iki məhsulun hazırlanması istiqamətində davam etdirir. Bu məhsullardan biri mikro və kiçik müəssisələrdə əməliyyatları sadələşdirən, əməkdaşlığı təşviq edən və dayanıqlı inkişafı dəstəkləyən xüsusi həllər təqdim edir. Digər məhsul isə daşınmaz əmlakı qoruma prosesini sadələşdirmək məqsədi daşıyır. Bu məhsul fərdlərə öz evlərini və yatırımlarını effektiv qorumaq üçün praktik alətlər və dəqiq təlimatlar təqdim edəcək”.

“Future Lab” Azərbaycanda insanyönümlü innovativ həllərin hazırlanmasında lider olmağa iddialıdır. “PASHA Holding” tərəfindən təsis edilən bu “innovasiya laboratoriyası” Qrupun texnologiya, sahibkarlıq, sığorta, bankçılıq və digər sahələrdə insanların ehtiyaclarını qarşılamaqla bağlı öhdəliklərini yerinə yetirmək üçün yaradıcı və qabaqcıl həllər təklif etməyi hədəfləyir.

“İnnovasiyalar yalnız texnoloji yenilik xatirinə deyil, onlar insanların həyat keyfiyyətini artırmaq üçündür. Məqsədimiz insanların ehtiyaclarını prioritetləşdirərək, onların həyatına davamlı müsbət təsir göstərməkdir”, – “Future LAB”ın baş icraçı direktoru Fərrux Əliyev bu fikirdədir. 

“Future LAB təşəbbüsləri bütün “PASHA Qrup” şirkətlərində istifadəçi dostu xidmətlərin əlçatan olmasına yönəlib. Bu təşəbbüs gündəlik ehtiyaclara uyğun rəqəmsal həllər vasitəsilə daha çox müştəriyə xidmət göstərmək məqsədi daşıyır. “Missiyamız müştəriyönümlü xidmətlər üçün regionda etalon yaratmaq və aparılan hər bir əməliyyatı məqsədyönlü etməkdir”, – Fərrux Əliyev bildirib.

Hal-hazırda “Future LAB” fəaliyyətini əsasən iki məhsulun hazırlanması istiqamətində davam etdirir. Bu məhsullardan biri mikro və kiçik müəssisələrdə əməliyyatları sadələşdirən, əməkdaşlığı təşviq edən və dayanıqlı inkişafı dəstəkləyən xüsusi həllər təqdim edir. Digər məhsul isə daşınmaz əmlakı qoruma prosesini sadələşdirmək məqsədi daşıyır. Bu məhsul fərdlərə öz evlərini və yatırımlarını effektiv qorumaq üçün praktik alətlər və dəqiq təlimatlar təqdim edəcək.

Cari ildə Future LAB-ın diqqət mərkəzində duran daha bir mühüm məsələ bacarıqlı mütəxəssislərin cəlb edilməsi və inkişafıdır.

“Əməkdaşlıq və yaradıcılıq üçün mühit yaradaraq, biz təkcə xidmətləri formalaşdırmırıq, həm də gələcək nəsil innovatorların yetişməsi üçün onları həvəsləndirir və alətlərlə təchiz edirik”, – Fərrux Əliyev bu fikirdədir.

Future LAB-da əmindirlər ki, 2025-ci il innovasiya və insan mərkəzli inkişafda Azərbaycan üçün əhəmiyyətli il olacaq.

https://www.linkedin.com/company/future-lab-pasha-innovation

spot_imgspot_img

Oxşar xəbərlər

Monzo-nun sədri Hoffman istefa verir

Monzo-nun sədri Gary Hoffman, CEO-nun getməsindən sonra səhmdarların etirazı ilə üzləşərək istefa verir.

Synchrony ChatGPT pluginini təqdim etdi: alış-verişdə yeni dövr

Synchrony, alış-veriş edənlərə endirimlər və təkliflər tapmağa imkan verən ChatGPT pluginini istifadəyə verib.

Bitcoin 200 həftəlik trend xəttini itirdi: 2022 bazar ayısı təkrarlanırmı?

Bitcoin, 200 həftəlik hərəkətli ortalamanın altında bağlanış edərək 2022-ci il ayı bazarını xatırladır. Treyderlər daha da eniş gözləyir.

Feedly performans problemlərini bug ilə əlaqələndirir, AI dəyişikliyi ilə deyil

Feedly, son həftəki performans problemlərinin bug səbəbindən olduğunu bildirir, AI keçidi ilə əlaqəsi yoxdur.

Nairobi 2026-cı il Rəqəmsal Ticarət Konqresinə ev sahibliyi edəcək

Nairobi, 2026-cı il Rəqəmsal Ticarət Konqresinə ev sahibliyi edəcək. Keniya rəqəmsal ticarət mərkəzi kimi mövqeyini gücləndirir.
spot_img