Azərbaycan fintex alyansı yaratmaq istəyir

Azərbaycan fintex alyansı yaratmaq üçün danışıqlar aparır.

Bunu jurnalistlərə açıqlamasında “Azərbaycan Fintex Assosiasiyası” İctimai Birliyinin İdarə Heyətinin sədri Ruslan Talıbov bildirib.

“Biz artıq regionun əksər ölkələri ilə əlaqələr qurmuşuq. Gələn ay fintex alyansının yaradılması üzrə işlərə başlayacağıq. Hazırda Türkiyə ilə danışıqlar aparır və nəticələri gözləyirik. Xəbər olduqca sizi məlumatlandıracağıq. Eyni zamanda müxtəlif şirkətlərlə əməkdaşlıq layihəmiz var, qarşılıqlı anlaşmaya dair memorandumlar imzalanıb”, – deyə o qeyd edib.

“Biz sahənin inkişafına əməkdaşlıq yolu ilə diqqət yetiririk. Məsələn, hansısa ölkədə fintex sektoru daha yaxşı inkişaf edibsə, onlar bizim üçün vebinarlar təşkil edir və təcrübələrini bölüşür. Məsələn, son vebinar Polşanın fintex ekosistemi ilə birgə təşkil olunub. Onlar öz sistemləri haqqında danışıb, biz də öz sistemimiz barədə məlumat vermişik. Tədbir zamanı iki Polşa və iki Azərbaycan şirkəti öz layihələrinin təqdimatını keçirib, və əməkdaşlıq imkanlarını müzakirə edib”, – deyə o əlavə edib.

spot_imgspot_img

Oxşar xəbərlər

Banklar fırıldaqçılıqla mübarizədə özünə həddindən artıq güvənir

Feedzai hesabatına görə, maliyyə institutları fırıldaqçılığın növbəti dalğasına hazırlıq səviyyəsini həddindən artıq qiymətləndirir.

Kiçik və orta bizneslərdə stablecoin tətbiqində ciddi boşluq aşkarlandı

Yeni araşdırma KOB-ların stablecoin potensialına inamı ilə real tətbiq arasında ciddi boşluq olduğunu göstərir.

Süni intellekt bumunun bitməsi çip istehsalçılarının səhmlərini sarsıdı

The Economist yazır ki, süni intellekt bumuna dair şübhələr çip istehsalçılarının səhmlərində ciddi düzəlişə səbəb olub.

Elektrikli Mercedes GLA 619 km mənzillə Paris Motor Show-da təqdim olunub

Paris Motor Show 2026-da 619 km mənzilli tam elektrikli Mercedes-Benz GLA təqdim olunub.

Bitget Rusiya və Belarus istifadəçiləri üçün xidmətlərini dayandırır

Bitget Rusiya və Belarus istifadəçiləri üçün xidmətlərini dayandırır, vəsaitlərin təhlükəsizliyi təmin olunur.
spot_img