YouTube, Shopify ilə tərəfdaşlığını genişləndirərək TikTok Shop-a rəqib çıxır

YouTube, paylaşdığı bir göndəriş ilə YouTube Alışveriş ortaqlıq proqramına daha çox markanı daxil etmək üçün Shopify ilə tərəfdaşlığını genişləndirdiyini açıqladı.

TikTok’un izi ilə gedən YouTube Shorts 2022-ci ildə yeni alış-veriş xüsusiyyətlərini əlavə etdiyi bilinirdi. YouTube-un dünən paylaşdığı bir mesajla YouTube Alış-veriş ortaqlıq proqramına daha çox brendi daxil etmək üçün Shopify ilə tərəfdaşlığını genişləndirdiyini açıqlayıb. Tərəfdaşlığın genişləndirilməsi ilə məzmun yaradıcıları, alış-veriş videolarında etiketləyə biləcəkləri minlərlə yeni brendlə əməkdaşlığa başlaya biləcəklər. İndiyə qədər yüzlərlə brend ilə əməkdaşlıq etmiş məzmun yaradıcıları, brend sayında ciddi bir artışla qarşılaşacaqlar.

Bu yeni qərar çərçivəsində ABŞ-dakı bütün seçilmiş Shopify Plus və Advanced satıcılarının artıq Alış-veriş ortaqlıq proqramına qeydiyyatdan keçə biləcəyini qeyd etməliyik. YouTube Alış-veriş ortaqlıq proqramı həm məzmun istehsalçılarının videoları vasitəsilə pul qazanmasını, həm də markaların müştərilərə çataraq satışları artırmasını təmin edir. YouTube isə bu model vasitəsilə TikTok Shop ilə rəqabətini gücləndirməyi hədəfləyir.

Alış-veriş fokuslu TikTok və YouTube yarışmasında, TikTok, YouTube ilə müqayisədə ABŞ e-ticarət sahəsində daha yenidir. Buna baxmayaraq, şirkətin apreldə açıqladığına görə; TikTok, 2023-cü ilin sonuna qədər ABŞ-da TikTok Shop çərçivəsində 500 min satıcıya ev sahibliyi edib. Şirkət eyni dövrdə 6 milyon satıcını TikTok Shop-a əlavə edə bilmişdir.

YouTube isə 2023-cü ildə insanların YouTube-da 30 milyard saatdan çox alış-verişlə bağlı video izlədiyini açıqlayıb. Üstəlik, şirkətin verdiyi məlumata görə; insanların alış-veriş etməsinə kömək edən videoların izlənmə müddətində 25% artış qeydə alınıb.

YouTube-un yeni Chrome əlavəsi YouTube yeniliklər edərək TikTok-un sürətinə yetişməyə qərarlıdır. Şirkət, tərəfdaşlığın genişləndirilməsi çərçivəsində YouTube Shopping adlı yeni bir Chrome əlavəsini istifadəyə verdiyini bilidirib. Bu əlavə vasitəsilə ortaqlıq proqramına daxil olan ABŞ-dakı məzmun istehsalçıları, bir markanın veb saytında gəzərkən məhsulları qeyd etmək və öz videolarında etiketləmək üçün imkan əldə edəcək.

spot_imgspot_img

Oxşar xəbərlər

Bayram həftəsində e-ticarət səhmlər indeksi zəifləyib

2025-ci ilin bayram mövsümündə qlobal e-ticarət səhmlər indeksi zəifləmə...

OpenAI Google ilə rəqabətin kəskinləşməsi fonunda GPT-5.2-ni təqdim edib

Dekabrın əvvəlində Sem Altman şirkətdə “Qırmızı Kod” elan edərək...

TerraUSD-nin yaradıcısı Do Kvon 15 il həbs cəzasına məhkum edilib

NBC News-un yazdığına görə, hökmü elan edən hakim Do...

Financial Times Nvidia-nın rəhbəri Jensen Huang-ı ilin adamı seçib

Bundan bir gün əvvəl Time jurnalı ilin “adamları” kimi...
spot_img