Azərbaycanda nağdsız əməliyyatların həcmi 1,6 dəfə artıb

Banklar və “Azərpoçt” MMC sistemləri üzrə 2024-cü ilin iyul ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 249 min ədəd artaraq 18 milyon 340 min ədəd təşkil etmişdir.

Mərkəzi Bankdan bildirilib ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 19.5% artmışdır. Ödəniş kartlarında artım debet kartları üzrə 20.8%, kredit kartları üzrə 11.4% təşkil etmişdir.

Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərmişdir. Belə ki, ay ərzində ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 1.6 dəfə artmışdır. 2024-ci ilin iyul ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 7 milyard 280 milyon manat təşkil etmişdir. Həyata keçirilən nağdsız ödənişlərin 6 milyard 102 milyon manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 1 milyard 168 milyon manatı POS-terminallar, 9.4 milyon manatı isə özünə xidmət terminalları vasitəsilə gerçəkləşdirilmişdir. İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 62.7%-ni təşkil etmişdir.

 Banklar və “Azərpoçt” MMC ödəniş xidməti şəbəkələri üzrə artım müşahidə olunur. Belə ki, keçən ilin iyul ayının sonu ilə müqayisədə bankomatların sayı 3%, POS-terminalların sayı 19.4% artmışdır.

spot_imgspot_img

Oxşar xəbərlər

ABŞ raket istehsal gücünü 4 dəfə artırır

RTX şirkəti ABŞ Müdafiə Nazirliyi ilə bağladığı müqavilələr çərçivəsində dörd raket sisteminin istehsalını 2-4 dəfə artırmağı planlaşdırır.

Mastercard araşdırması: ödəniş mübahisələrinin azaldılması üçün əməkdaşlıq vacibdir

Mastercard tərəfindən maliyyələşdirilən yeni araşdırma geri qaytarmaların azaldılması üçün daha sıx əməkdaşlığın zəruriliyini ortaya qoyur.

McDonald’s, Microsoft və Google tokenləşdirilmiş səhmlərə etiraz edir

Böyük şirkətlər SEC-in innovasiya istisnası çərçivəsində tokenləşdirilmiş səhmlərin listinqinə etiraz edir.

Süni intellekt qəbiristanlığı: uğursuz olan layihələrin siyahısı

Süni intellekt sahəsində gözləntiləri doğrulmayan və bağlanan layihələrin siyahısı startap ekosistemi üçün dərs xarakteri daşıyır.

Strateji şirkətlər bitcoin alışı ilə imtiyazlı səhm dividendləri arasında balans saxlayır

Strategy və Strive imtiyazlı səhmlər vasitəsilə 136 min bitcoin alışını maliyyələşdirib, lakin dividend öhdəlikləri ilə balans saxlamalı olur.
spot_img