Starex Avtomatik bəyan funksiyasını aktivləşdirib.

Umico-dan sonra, ölkənin aparıcı karqo şirkətlərindən biri olan Starex şirkəti də, xarici onlayn mağazalardan sifariş edilən məhsulların avtomatik bəyan edilməsi xidmətini aktivləşdirib. Lakin hazırda bu funksiyanın bütün onlayn mağazlardan sifariş, yoxsa yalnız Çin-in Temu mağazasına aid olduğu aydın deyil. Starex-ə etdiyimiz müraciət təəssüf ki, cavabsız qalıb.

Avto smartcustoms-dan necə istifadə etmək mümkündür? Bir neçə addımla indi izah edəcəyik:
– Mağazadan məhsul sifariş edildikdən sonra, SMS ilə link göndərilir.
– Müştəri bu linkə keçid edərək, ŞV Fin kodunu daxil edir.
– Bundan sonra Starex bəyannaməni avtomatik tərtib edərək, Smart Customsda yerləşdirir.

Göründüyü kimi bu metod, Umico Logistics tərəfindən tətbiq edilrən Avtosmartcustoms metodundan fərqlənir. Şirkət direktoru Sabir Nifətliyev öz facebook profilində, şirkətin həmçinin yeni mobil tətbiq üzərində işlədiklərini və yeni tətbiqdə bu avtomatik bəyannamənin daha asan və sürətli mümkün olacağını qeyd edib.

spot_imgspot_img

Oxşar xəbərlər

İnnovasiya ekosistemi oyunçularının sertifikatlaşdırılması və akkreditasiyası proqramına yekun vurulub

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) Qlobal İnnovasiya İnstitutu...

Azərbaycanda dövlət və özəl poçt şirkətləri arasında rəqabət mübahisəsi: sahibkar narazılıq edir

“Azərpoçt” MMC-nin beynəlxalq onlayn ticarət platforması Temu ilə əməkdaşlığa...

Dövlət şirkəti “Azərpoçt” da “Temu”dan alınan malları daşıyacaq

“Azərpoçt”un “Postcargo” brendi “Temu” platforması ilə birgə fəaliyyətə başlayıb....

“Azərikard”dan Mərkəzi Bankın qərarı ilə bağlı AÇIQLAMA

“Azərbaycan Respublikasının Mərkəzi Bankı “Azərikard” prosessinq mərkəzinin lisenziyasında elektron...

Wolt yeni “Packages” funksiyanı təqdim edir: İndi əşyaları yemək sifarişi qədər asan göndərə bilərsiniz!

Wolt-un Azərbaycandakı istifadəçiləri üçün əla xəbər! Artıq Wolt tətbiqində yalnız...
spot_img