Yanvar ayında nağdsız ödənişlərin 4 milyard manatı elektron ticarətin payına düşüb

Banklar və “Azərpoçt” MMC sistemləri üzrə yanvar ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 316 min ədəd artaraq 17 milyon 241 min ədəd təşkil etmişdir. 

Bu haqqda, Mərkəzi Bankın aylıq Bülletenində bildirilir. Ödəniş kartlarının sayı 17 milyon ədədi keçib, nağdsız ödənişlər 1.9 dəfə artıb.

Keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 24.4% artmışdır. Ödəniş kartlarında artım debet kartları üzrə 25%, kredit kartları üzrə 20.7% təşkil etmişdir. Ötən ilin müvafiq dövrünə nəzərən əməkhaqqı kartlarının sayı 139 min, kredit kartları 383 min, digər kartlar isə 2.8 milyon ədəd artmışdır.

Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərmişdir. Belə ki, ay ərzində ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 1.9 dəfə artmışdır. 2024-ci ilin yanvar ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 5 milyard 32 milyon manat təşkil etmişdir. Həyata keçirilən nağdsız ödənişlərin 4 milyard 94 milyon manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 930 milyon manatı POS-terminallar, 7 milyon manatı isə özünə xidmət terminalları vasitəsilə gerçəkləşdirilmişdir.

İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 63.1%-ni təşkil etmişdir. 

Banklar və “Azərpoçt” MMC-nin ödəniş xidməti şəbəkələri üzrə dinamik artım müşahidə olunur. Belə ki, keçən ilin yanvar ayının sonu ilə müqayisədə bankomatların sayı 1.3%, POS-terminalların sayı 11.1% artmışdır

spot_imgspot_img

Oxşar xəbərlər

ABB və AZAL səyahət imkanları yaradan kobrend kartını təqdim etdi!

ABB və AZAL səyahətsevərlər üçün unikal bir məhsulu —...

Azercell süni zəka texnologiyasına əsaslanan “AI Chat Bot” xidmətini təqdim edir

Azərbaycanın lider mobil operatoru Azercell yerli telekommunikasiya bazarında daha...

“Azərpoçt” yeni veb-saytını istifadəyə verib

Bir poçt müştərisi poçt şöbəsinə yaxınlaşmadan onu maraqlandıran bir...

Azərbaycanda kriptovalyuta əməliyyatlarının həcmi 4,4 milyard dollara çatıb

Azərbaycanda kriptovalyuta istifadəçilərinin sayı 120 min nəfərə çatıb. Məlumata görə,...

Lojistika fintexi Kamyonda PARS VC-dən investisiya alıb

Kamyonda bütün bankların POS cihazlarını tək bir tətbiq vasitəsilə birləşdirərək...
spot_img