“Visa” və Təhsilin İnkişafı Fondu əməkdaşlıq razılaşması imzalayıblar

“Visa” beynəlxalq ödəmə texnologiyaları şirkəti və Elm və Təhsil Nazirliyinin Təhsilin İnkişafı Fondu əməkdaşlıq razılaşması imzalayıblar. İmzalama mərasimi Bakıda keçirilən “Visa Cashless Forum 2024 – Rəqəmsal Azərbaycan” tədbiri çərçivəsində baş tutub.

Razılaşmanı “Visa”nın 17 ölkəni əhatə edən böyük region üzrə baş vitse-prezidenti və regional meneceri Kristina Doroş ilə Təhsilin İnkişafı Fondunun sədri Elnur Nəsibov imzalayıblar.

Azərbaycan “Visa” üçün böyük bazar və strateji tərəfdaş ölkədir – “Visa”nın 17 ölkəni əhatə edən böyük region üzrə baş vitse-prezidenti və regional meneceri Kristina Doroş Bakıda keçirilən “Visa Cashless Forum 2024 – Rəqəmsal Azərbaycan” tədbirində bildirib.

“Visa”nın qlobal baxışı ödənişləri rəqəmsallaşdırmaq, innovasiyaları stimullaşdırmaq və fasiləsiz müştəri xidmətini təmin etməkdir. 1997-ci ildən Azərbaycanda fəaliyyətə başlayan “Visa” bu illər ərzində innovativ həllər təqdim edib və sərmayə qoyub. Azərbaycan hökuməti, Mərkəzi Bank və maliyyə institutları ilə əməkdaşlıq “Visa”ya ödənişlər sahəsində yeni innovasiyalar tətbiq etməyə və ödənişləri Azərbaycan xalqı üçün daha sadə, daha rahat və təhlükəsiz etməyə imkan verir”, – deyə o qeyd edib.

spot_imgspot_img

Oxşar xəbərlər

Bayram həftəsində e-ticarət səhmlər indeksi zəifləyib

2025-ci ilin bayram mövsümündə qlobal e-ticarət səhmlər indeksi zəifləmə...

OpenAI Google ilə rəqabətin kəskinləşməsi fonunda GPT-5.2-ni təqdim edib

Dekabrın əvvəlində Sem Altman şirkətdə “Qırmızı Kod” elan edərək...

TerraUSD-nin yaradıcısı Do Kvon 15 il həbs cəzasına məhkum edilib

NBC News-un yazdığına görə, hökmü elan edən hakim Do...

Financial Times Nvidia-nın rəhbəri Jensen Huang-ı ilin adamı seçib

Bundan bir gün əvvəl Time jurnalı ilin “adamları” kimi...
spot_img