“Visa” bank kartları ilə kriptovalyuta çəkilməsinə imkan verəcək!

“Visa” 145-ə yaxın ölkədə bank kartları ilə kriptovalyuta çəkilməsinə imkan verəcək!

Qlobal ödəniş nəhəngi Visa kriptovalyuta əməliyyatlarını təkmilləşdirir. Şirkət indi mərkəzi birjadan istifadə etmədən kriptovalyutaları pula dəyişdirməyin başqa bir yolunu təqdim edib. Belə ki, Visa, kriptovalyutadan pul çıxarma və ödəniş qəbulu həyata keçirmək üçün Web3 infrastruktur provayderi Transak ilə işləyəcək. Yeni inteqrasiya istifadəçilərə Bitcoin kimi kriptovalyutaları “MetaMask” kimi pul kisələrindən birbaşa Visa debet kartına çıxarmağa asanlaşdıracaq.

Artıq mövcud inteqrasiya, Visa kartlarının qəbul edildiyi 130 milyon ticarət yerində kriptovalyutaları pulla dəyişdirməyə və ödəməyə imkan verir. Bu addım kriptovalyuta və ənənəvi maliyyə dünyasını birləşdirən mühüm mərhələni təmsil edir. Rəqəmsal aktivlərin istifadəsini və praktikliyini xeyli artırır.

Qeyd edək ki, Visa daha əvvəllər də kriptovalyuta və blokchain əsaslı layihə və şirkətlərlə əməkdaşlıq edirdi.

spot_imgspot_img

Oxşar xəbərlər

Azərbaycanda “Gətirdim” çatdırılma xidməti işə düşür

Azərbaycanda "Gətirdim" çatdırılma xidməti istifadəyə verilir.  "Gətirdim" xidməti supermarketlər üçün...

“Azərpoçt” ötən il 124 minə yaxın ödəniş kartı buraxıb

2024-cü ildə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında “Azərpoçt”...

Turan United Payment-in Azərbaycanda lisenziya əsasında fəaliyyət göstərən ilk rəqəmsal pul kisəsi oldu

Türkiyənin ən böyük maliyyə tətbiqlərindən biri olan Turan, Azərbaycanda,...

“Kontakt home” bank xidmətləri göstərəcək

"Kontakt App" – Gələcəyin Bank Xidməti: Rahat, Sürətli və...
spot_img