Umico kredit xəttinin istifadəçiləri üçün xüsusi kampaniya: komissiyasız alış-veriş imkanı

Umico, müştərilərinin alış-veriş təcrübəsini daha sərfəli və rahat etmək məqsədilə xüsusi kampaniyaya start verir.

25 may 2025-ci il tarixinədək qüvvədə olacaq kampaniya çərçivəsində Umico kredit xətti istifadəçiləri 12 ayadək müddətdə kreditlə edilən bütün alış-verişlərini komissiyasız həyata  keçirmək fürsətindən yararlana biləcəklər.

Bu xüsusi təklif elektronika, məişət texnikası, geyim və digər kateqoriyalar üzrə yüzlərlə məhsulu əhatə edir. Müştərilər sevimli məhsullarını Umico market platformasında seçərək, sadəcə “Kreditlə al” düyməsini klikləyib şəxsi məlumatlarını daxil etməklə müraciətlərini tamamlaya bilərlər. Ətraflı məlumat üçün: https://bit.ly/3GV0CVK. 

Qeyd edək ki, kampaniyadan həm yeni, həm də mövcud müştərilər yararlana bilərlər. 12 ayı keçən kredit müddətlərində isə komissiya faizləri əvvəlki qaydada qüvvədə qalır.

Kampaniyadan faydalanmaq üçün təqdim edilən ərizələrə cavab iş saatlarında 45 dəqiqə ərzində, qeyri-iş saatlarında isə növbəti iş günü saat 12:00-a qədər verilir. 

spot_imgspot_img

Oxşar xəbərlər

OpenAI-ın süni intellekt telefonunun montajı Foxconn-a verildi

OpenAI-ın süni intellekt telefonunun montajı Foxconn-a verildi, cihazın 2027-2028-ci illərdə təqdim olunması gözlənilir.

Bitcoin ETF-lərindən çıxışlar artır: institusional maraq azalır

Bitcoin ETF-lərindən vəsait çıxışları artır və bu, institusional investorların kripto aktivlərə marağının azaldığını göstərir.

Sky-ın USDS stablecoin ehtiyatları 1,5 milyard dollar azaldı, həcm 35% düşdü

Qeyri-qanuni maliyyələşdirmə hesabatından sonra Sky protokolundan 1,5 milyard dollar çıxıb, USDS-in həcmi 35% azalıb.

Meta-nın Muse süni intellekt agenti istifadəçilərin şəxsi məlumatlarını qarışdırır

Meta-nın Muse adlı süni intellekt agentinin istifadəçi söhbətlərini qarışdırdığı və başqa şəxslərə aid bank məlumatlarını göstərdiyi bildirilir.

Binance kripto tarixində ən böyük oğurluğa qarşı 6,5 milyard dollarlıq qərar qazandı

Binance kripto tarixində ən böyük oğurluğun arxasındakı hakerlərə qarşı 6,5 milyard dollarlıq dondurma qərarı qazanıb və oğurlanmış aktivləri öz vəsaitləri ilə əvəz edib.
spot_img