Umico-ya yeni rəhbər təyin edilib

Competo MMC-nin rəhbərliyində dəyişiklik baş verib. Belə ki, Competo MMC-nin baş direktoru İqor Bıçek 2024-cü il iyulun 1-dən etibarən tutduğu vəzifədən getmək qərarına gəlib. İqor MTBank-dakı uğurlu karyerasından sonra hazırkı vəzifəsində 2018-ci ildə PAŞA Holdinq MMC-yə qoşulub. O, Competo komandasına yarandığı gündən rəhbərlik edir və təşkilatı müxtəlif məhsul kateqoriyalarında fərqlənərək bazarda hazırkı uğur səviyyəsinə çatdırıb.

Onun təşkilat daxilində yeni vəzifədə çalışacağı məlumdur. Amma hansı vəzifədə olacağı açıqlanmayıb.

2024-cü il iyulun 1-dən Rauf Qulaməliyev birbaşa PAŞA Ekosisteminin baş direktoru Fərid Məmmədova tabe olan “Competo” MMC-nin baş direktoru vəzifəsini icra edəcək.

Rauf Qulaməliyev bu vəzifəyə özü ilə zəngin təcrübə gətirir. Korporativ Maliyyə üzrə Magistr dərəcəsini bitirdikdən sonra 2015-ci ildə PAŞA Holdinq MMC-yə qoşulub və hazırda Ekosistemin İnkişafı şöbəsinin rəhbəridir. Rauf Qulaməliyev Umico Bonus, Umico market və m10 kimi məhsulların satışa çıxarılmasında iştirak edib və mühüm rol oynayıb. O, Uklon, Trendyol və Bakikart ilə uğurlu tərəfdaşlığın arxasında duran qüvvə idi. Rauf Qulaməliyev həm də PAŞA Holdinq-in daxili olaraq hazırlanmış liderliyin inkişafı proqramı olan Leading Lights məzunlarıdır.

spot_imgspot_img

Oxşar xəbərlər

Bayram həftəsində e-ticarət səhmlər indeksi zəifləyib

2025-ci ilin bayram mövsümündə qlobal e-ticarət səhmlər indeksi zəifləmə...

OpenAI Google ilə rəqabətin kəskinləşməsi fonunda GPT-5.2-ni təqdim edib

Dekabrın əvvəlində Sem Altman şirkətdə “Qırmızı Kod” elan edərək...

TerraUSD-nin yaradıcısı Do Kvon 15 il həbs cəzasına məhkum edilib

NBC News-un yazdığına görə, hökmü elan edən hakim Do...

Financial Times Nvidia-nın rəhbəri Jensen Huang-ı ilin adamı seçib

Bundan bir gün əvvəl Time jurnalı ilin “adamları” kimi...
spot_img