m10 və Mastercard yeni rəqəmsal kartı istifadəyə verib

m10 fintex həlli və beynəlxalq ödəniş sistemi Mastercard əməkdaşlıq çərçivəsində m10 rəqəmsal kartını təqdim edib.

Məlumata görə, kart tam rəqəmsal formatdadır və m10 tətbiqi daxilində dərhal aktivləşdirilə bilir. İstifadəçilər kartı Apple Pay və Google Pay-ə əlavə edərək ölkə daxilində və xaricdə onlayn və kontaktsız ödənişlər həyata keçirə bilərlər.

Rəqəmsal m10 kartı m10 cüzdanı ilə eyni balansdan istifadə edir və əlavə bank hesabının açılmasını tələb etmir. Kartdan onlayn alış-veriş, NFC əsaslı nəqliyyat ödənişləri və kontaktsız əməliyyatlar üçün istifadə etmək mümkündür. Kartdan istifadə üçün şəxsiyyət təsdiqi (KYC) prosedurundan keçmək lazımdır.

Bildirilir ki, əməliyyatların təhlükəsizliyi Mastercard-ın antifrod və təhlükəsizlik texnologiyaları ilə təmin olunur. Yaxın dövrdə istifadəçilər üçün loyallıq proqramlarının da tətbiqi planlaşdırılır.

m10-un Məhsul üzrə sahə rəhbəri Leyla Məmmədova bildirib ki, rəqəmsal kart gündəlik ödənişləri daha rahat və sürətli etmək məqsədi daşıyır.

Qeyd edək ki, bu layihə Azərbaycanda fintex brendi ilə Mastercard arasında ilk əməkdaşlıq hesab olunur.

spot_imgspot_img

Oxşar xəbərlər

Shinhan və SBI yapon yen stablecoinini turizm xərclərində sınaqdan keçirəcək

Shinhan bankı və SBI qrupu yapon yeni əsaslı stablecoin-i turizm ödənişlərində sınaqdan keçirəcək, məqsəd sərhədyanı hesablaşmaları sürətləndirməkdir.

PancakeSwap TVL 380 milyon dolları keçdi, komissiya islahatı səsverməyə çıxarılır

PancakeSwap-ın TVL göstəricisi 380 milyon dolları keçib, komissiya bölgüsünü dəyişən islahat isə səsverməyə çıxarılır.

Tərtərdə xurma yığımı başladı, məhsul xarici bazarlara çıxarılır

Tərtər rayonunda xurma yığımına başlanılıb, məhsul yerli bazarlarla yanaşı Rusiya bazarına da göndərilir.

Blackstone süni intellekt infrastrukturuna investisiya borcu ilə bağlı qorxuları əsassız sayır

Blackstone rəsmisi süni intellekt infrastrukturunun borcla maliyyələşdirilməsi ilə bağlı bazar narahatlığını əsassız sayır.

OCC stablecoin qaydalarını yekunlaşdırdı: GENIUS Aktı yanvarda qüvvəyə minir

OCC GENIUS Aktı çərçivəsində stablecoin qaydalarını yekunlaşdırıb. Yeni çərçivə emitentlər və saklama xidmətləri üçün yanvarda qüvvəyə minir.
spot_img