Uber taksi xidmətinə əlavə xidmət haqqı əlavə edib.

Bu gün Uber taksi xidmətinin istifadəçiləri xidmət haqqına əlavə 0.1₼ əlavə edildiyi haqqında mesaj alıblar. Mesajda əlavə xidmət haqqının şirkətin taksi xidmət keyfiyyətinin artırılmasına yönləndiriləcəyi haqqında məlumat verilir. Maraqlıdır ki, qeyd olunmuş 10 qəpiklik artım bir neçə gün öncədən tətbiq edilməyə başlansa da, bu haqqda məlumat məhz mesaj ilə göndərildikdən sonra, yayılmağa başladı.

Qeyd etmək istərdik ki, 0.1₼ əlavə xidmət haqqı Uber və Yango taksi xidmətlərində aktivləşdirilib. Belə ki, Azərbaycan ərazisində Uber və Yango taksi şirkətləri, Hollandiya mərkəzli Rusiyanın Yandex şirkəti tərəfindən idarə olunur. Bolt, Yango və digər taksi şirkətlərində analoji artım müşahidə edilməyib.

Ancaq, Uber tətbiqindən fərqli olaraq, Yango tətbiqində qeyd olunmuş artım hələ mesaj şəklində göndərilməsə də, taksi sifariş etmək istədikdə, qiymət bölməsində 0.1₼ əlavə xidmət haqqı da qeyd olunur.

spot_imgspot_img

Oxşar xəbərlər

Bitcoinin məzənnəsi 70 min dollardan aşağı düşüb

Son bir ay ərzində kriptovalyuta dəyərinin 25%-dən çoxunu itirib. Coinmarketcap-ın...

Xaricdən alış-veriş edənlərin nəzərinə: Gömrükdə dəyişiklik

İyun ayından etibarən gömrük bağlamalarının bəyan edilməsi yeni qaydalarla...

Onlayn sifariş edilən məhsullar niyə gecikir? – Dövlət Gömrük Komitəsindən açıqlama

Son günlər bir sıra onlayn alış-veriş platformalarından edilən sifarişlərdə...

Onlayn xidmət göstərən qeyri-rezidentlərin vergi uçotu məcburi olacaq

Elektron ticarət qaydasında iş və xidmətlər təqdim edən qeyri-rezidentlərin...

Pünhan Nərimanov “PashaPay”in icraçı direktoru təyin edilib

Azərbaycanın iri elektron pul təşkilatlarından biri olan, m10 və...
spot_img