“TurkicExport” portalının layihəsi təqdim edilib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) nəzdində fəaliyyət göstərən Türk Dünyası Araşdırmalar Mərkəzi (TDAM) və “Azexport.az” portalının ortaq ideyası olan “TurkicExport” portalı layihəsi Türk Dövlətləri Təşkilatı (TDT) Katibliyinə təqdim olunub.

Məlumata görə, bununla bağlı TDAM-ın rəhbəri Ayhan Satıcı, “Azexport.az” portalının rəhbəri Ayxan Qədəşov, TDT Katibliyinin layihə direktoru, Qazaxıstandan “Astana Hub”ın nümayəndəsi və “Metaverse” Təhsil və Sağlamlıq Mərkəzinin nümayəndə heyəti videoformatda görüş keçiriblər.

Görüşdə bu ideya ilə bağlı İİTKM-in kifayət qədər təcrübəyə malik olduğu diqqətə çatdırılıb və portalın hazırlanması istiqamətində ilkin müzakirələr aparılıb. Bildirilib ki, “TurkicExport” portalının hazırlanması TDT-nin regiondakı dinamik rolunu nəzərə alaraq ticarətin və investisiyaların təşviq olunmasına xidmət edəcək. Bu çərçivədə “Azexport.az” portalının uğurlu nümunəsi və portal çərçivəsində qlobal çağırışlara uyğun olaraq “Metaverse” kimi innovativ həllərin tətbiq olunması iştirakçıların nəzərinə çatdırılıb. Qeyd edilib ki, xüsusilə də “Azexport.az” portalının beynəlxalq elektron ticarət platformaları vasitəsilə “Made in Azerbaijan” brendi məhsullarının ixrac coğrafiyasının genişləndirilməsi və ölkədə elektron ticarətin inkişafı istiqamətində həyata keçirdiyi layihələr türk dünyasında ticarət və investisiyanın təşviq edilməsi üçün müvafiq addımların atılmasına stimul ola bilər.

spot_imgspot_img

Oxşar xəbərlər

Bitcoinin məzənnəsi 70 min dollardan aşağı düşüb

Son bir ay ərzində kriptovalyuta dəyərinin 25%-dən çoxunu itirib. Coinmarketcap-ın...

Xaricdən alış-veriş edənlərin nəzərinə: Gömrükdə dəyişiklik

İyun ayından etibarən gömrük bağlamalarının bəyan edilməsi yeni qaydalarla...

Onlayn sifariş edilən məhsullar niyə gecikir? – Dövlət Gömrük Komitəsindən açıqlama

Son günlər bir sıra onlayn alış-veriş platformalarından edilən sifarişlərdə...

Onlayn xidmət göstərən qeyri-rezidentlərin vergi uçotu məcburi olacaq

Elektron ticarət qaydasında iş və xidmətlər təqdim edən qeyri-rezidentlərin...

Pünhan Nərimanov “PashaPay”in icraçı direktoru təyin edilib

Azərbaycanın iri elektron pul təşkilatlarından biri olan, m10 və...
spot_img