“PASHA Private Banking” ilk eksklüziv kartlarını təqdim edib

Azərbayacanda yüksək gəlirli müştərilərə xidmət göstərən “PASHA Private Banking” ilk eksklüziv ödəniş kartlarını ictimaiyyətə təqdim edib.

Üst səviyyə bank xidmətləri və fərdi yanaşması ilə seçilən “PASHA Private Banking” təqdim etdiyi eksklüziv “Horizon” və “Heritage” ödəniş kartları ilə müştərilərə yeni imkanları kəşf etməyi təklif edir.

Müasir tendensiyalar və müştərilərin rəyləri əsasında ərsəyə gələn bu kartların yaradılmasında ilham mənbəyi – müştərilərin sərvətin idarəolunmasında yeni üfüqləri kəşf etmək əzmi və gələcək nəsillərə ötürülməli olan irs və mirasımızdır. Qeyd olunan bu məqamlar hər iki kartın adı və daşıdığı mənada əks olunur.

“Horizon” (Üfüq) – kəşf edilməyi gözləyən sərhədlərin təmsilidir. Bu kart ilə müştəriləri sərvətin artırılmasına və rifaha doğru yol gözləyir. 

“Heritage” (İrs) – keçmişin hekayələrini özündə birləşdirən və gələcəyə ilham verən sonsuz bir xəzinədir. Bu kart müştəriləri qazandıqları mirası qorumaq və gələcək nəsillərə ötürmək məqsədini özündə daşıyır. 

Bu kartlarla müştərilər “PASHA Private Banking”in təqdim etdiyi bütün xidmətlərdən, sərvətin idarəolunması üzrə məsləhət xidmətindən, fərdi müştəri meneceri və diqər üstünlüklərdən istifadə etmək hüququna malikdirlər. 

Eyni zamanda müştərilər premium brendlərin yeni məhsullarının öncədən sifarişini, eksklüziv tədbirlərə dəvət, səyahət imkanları və bənzərsiz həyat tərzi üstünlükləri ilə həm yerli, həm də qlobal miqyasda faydalana bilərlər. 

Həmçinin “Horizon” və “Heritage” kart sahibləri üçün “Miles and Smiles” proqramının iştirakçısı olaraq millər toplamaq, eyni zamanda “Fast Track”, “Lounge Key”, “Air Transfer” və digər premium səyahət üstünlüklərindən istifadə etmək mümkündür. Bu üstünlüklərdən yalnız kart sahibləri deyil, o cümlədən ailə üzvləri də istifadə edə bilərlər. 

Məlumat üçün qeyd edək ki, artıq kartların satışı həyata keçirilib və bir neçə əməliyyat uğurla tamamlanıb. “Horizon” və “Heritage” kartları haqqında ətraflı məlumatı https://www.pashaprivate.az/az/xidmetler/kartlar linkinə keçid edərək əldə edə bilərsiniz.  

Qeyd edək ki, 2010-cu ildə fəaliyyətə başlayan “PASHA Private Banking” Azərbaycan bazarında yüksək gəlirli şəxslər üçün xidmət göstərən ilk qurumdur. Son illər ərzində bir sıra nüfuzlu beynəlxalq mükafatlar çərçivəsində “Ən yaxşı Private Banking xidmətləri təqdim edən bank”, “Ən yaxşı investisiya bankı”, “Ən yaxşı bank qrupu” nominasiyalarında fərqləndirilib.

“PASHA Private Banking” müştərisi olmaq və yüksək gəlirli müştərilər üçün nəzərdə tutulan bütün xidmətlərdən, məhsullardan və xüsusi üstünlüklərdən yararlanmaq üçün https://pashaprivate.az veb-saytına keçid edə və ya *1230 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

spot_imgspot_img

Oxşar xəbərlər

Wells Fargo və digər şirkətlər OKX-ICE-in tokenləşdirilmiş səhm planına etiraz edir

Wells Fargo və daha beş şirkət OKX-ICE-in tokenləşdirilmiş səhm planına etiraz edib. Etiraz edənlərin ümumi sayı 22-yə çatıb.

Bitcoin 80 min dollardan aşağı düşdü: ABŞ-ın Yaxın Şərqdən təxliyəsi bazara təzyiq edir

Bitcoin bir aydan çox müddətin ən aşağı səviyyəsinə enib. ABŞ-ın Yaxın Şərqdən təxliyəsi fonunda kripto bazarı həftəsonu təzyiqi altındadır.

ABŞ senatoru Tether barədə araşdırma başladıb: keçmiş Tramp müşaviri ilə razılaşma

Senat alt komitəsinin demokrat üzvü Tether-dən Nxum ilə razılaşmaya dair sənədləri tələb edib, stablecoin şəffaflığı müzakirə olunur.

Argentina prezidenti Milei barədə LIBRA memecoin işi bağlandı

Hakim Milei-nin LIBRA təbliğatının fırıldaqçılıq təşkil etmədiyini qərara alıb, lakin memecoin seqmentində şəffaflıq müzakirələri davam edir.

Initia blokçeynini dayandırdı: 2,6 milyon dollardan çox vəsait oğurlanıb

İstismar nəticəsində 2,6 milyon dollardan çox vəsait itirilib, layihə layer-1 şəbəkəsini müvəqqəti dayandırıb.
spot_img