ABB Süni İntellekt xidmətini təqdim edib

Müştəri təcrübələrini daim inkişaf etdirən ABB, müştərilərlə əlaqələri daha da genişləndirmək üçün ABB Süni İntellekt xidmətini təqdim edib. Bankın mövcud kommunikasiya kanallarına əlavə olaraq ABB Süni İntellekt məhsul və xidmətlərlə bağlı suallara anında cavab verir.

ABB Süni İntellekt ABB mobile tətbiqində istifadəçi müraciətlərini qəbul edir, onları maraqlandıran məsələlərə aydınlıq gətirir, müştərilərə kömək göstərir.

Bu həll Generativ Süni İntellekt (GPT-4) texnologiyası əsasında hazırlanıb. Hazırda Beta versiyasında çalışdığından ABB Süni İntellekt xidməti hələlik yalnız bəzi istifadəçilər üçün əlçatandır. Tədricən ondan bütün istifadəçilər faydalana biləcəklər.

Bu mərhələdə ABB Süni İntellektin mümkün suallara cavablar hazırlayaraq təqdim etməsi təmin edilib. Sistem Open AI-ın xidmətlərinə inteqrasiya olunub. Müştərilərdən gələn suallar və bu suallara cavablar mütəmadi olaraq təhlil ediləcək, buna əsasən ABB Süni İntellekt daha da təkmilləşdiriləcək, tədricən verdiyi cavabların dəqiqliyi artacaq.

Bu mərhələdə ABB Süni İntellektin bəzi suallara cavabları tam ətraflı olmaya bilər. Belə hallarda, daha dəqiq məlumat üçün müştərilərə Bankın çatbot xidməti olan ABB Bot-a, yaxud Bankın Məlumat Mərkəzinə müraciət tövsiyə olunur. ABB Süni İntellektin müştərilərin fərdi bank məlumatlarına çıxışı olmadığından xidmət bu məlumatlarla bağlı suallara cavab vermir.

ABB Süni İntellekt xidməti hazırda Azərbaycan dilində mövcuddur, tezliklə digər dillərdə də olacaq. Bu xidmət hələlik iOS istifadəçiləri üçün aktivdir, tədricən tətbiqin bütün istifadəçilərinə təqdim ediləcək.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən, ABB mobile tətbiqindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin sosial şəbəkələrdəki korporativ səhifələrindən əldə etmək olar.

spot_imgspot_img

Oxşar xəbərlər

Microsoft otonom süni intellekt dövrünü başladır: Windows və Surface yenilənir

Microsoft Windows və Surface tədbirində otonom süni intellekt inteqrasiyası və hibrid hesablama arxitekturasını təqdim edib.

Meta süni intellektlə uşaqlara zərər verən reklamları aşkarlayır

Meta platformalarında uşaqlara zərər verən gizli reklamları aşkarlamaq üçün yeni süni intellekt sistemləri tətbiq edib.

Polygon TRON-un 94 milyard dollarlıq stablecoin bazasını birləşdirir

Polygon və TRON stablecoin köçürmələri üçün tərəfdaşlıq elan edib. Bizneslər USDT-ni şəbəkələr arasında asanlıqla köçürə biləcək.

OpenAI ChatGPT üçün yeni interfeys təqdim edir: vizual təcrübə dövrü başlayır

OpenAI ChatGPT üçün interaktiv vizual elementlərlə zənginləşdirilmiş yeni istifadəçi interfeysi təqdim edib. Bu, süni intellekt bazarında rəqabəti daha da kəskinləşdirir.

Azercell “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır

Azercell oyun və süni intellekt sahəsində iki böyük sammitin eksklüziv tərəfdaşı olub.
spot_img