“Trendyol” və “Azərlotereya” əməkdaşlığa başladı – “1001 Sevinc” artıq “Trendyol”da

Türkiyənin aparıcı e-ticarət platforması və dünyanın ən böyük e-ticarət platformalarından biri “Trendyol”, Azərbaycanın yeganə qanuni lotereya təşkilatçısı “Azerlotereya” ASC ilə əməkdaşlığa başlayıb. ​​Bu əməkdaşlıq çərçivəsində “Trendyol”, “Azerlotereya”nın rəsmi e-ticarət sub-distributoru kimi çıxış edəcək.

Müştərilər artıq “Trendyol” platforması vasitəsilə də “1001 Sevinc” əşya lotereyasına qoşularaq şanslarını sınaya biləcəklər.

“1001 Sevinc” əşya lotereyası oyunçulara cəmi 0.5, 1, 2 və ya 3 AZN qarşılığında qiymətli hədiyyələr qazanmaq imkanı yaradır. Qaliblər lototron vasitəsi ilə “Azərlotereya”nın Youtube və Telegram kanallarında canlı yayımla müəyyən edilir.

Lotereyada avtomobil, eləcə də telefon, kompüter və planşetlər, elektronika, məişət avadanlıqları, oyun və konsollar, hədiyyə kartları kimi kateqoriyalara daxil olan uduşlar oynanılır.

Lotereya biletini onlayn şəkildə əldə etmək üçün Trendyol müştəriləri əsas səhifədə yerləşdirilən “1001 Sevinc” bannerinə klikləməli və ya “Sifarişlərim” bölməsindən “1001 Sevinc” kateqoriyasını seçməlidirlər. Bununla yanaşı, müştərilər əldə etdikləri biletlərin statusu, tiraj tarixi, lotereyanın nəticələri barədə məlumatları da öz Trendyol hesablarında görə biləcəklər.

Hazırda “Trendyol”un Azərbaycanda 2,5 milyondan çox müştərisi var. Son iki ildə Trendyol tətbiqi Azərbaycanda ən çox yüklənən mobil tətbiq olub.

2001-ci ildən fəaliyyət göstərən “Azərlotereya”nın müxtəlif çeşidli əyləncəli oyunlarında 1000000 manatadək böyük uduş qazanmaq şansı var.

spot_imgspot_img

Oxşar xəbərlər

Bitcoinin məzənnəsi 70 min dollardan aşağı düşüb

Son bir ay ərzində kriptovalyuta dəyərinin 25%-dən çoxunu itirib. Coinmarketcap-ın...

Xaricdən alış-veriş edənlərin nəzərinə: Gömrükdə dəyişiklik

İyun ayından etibarən gömrük bağlamalarının bəyan edilməsi yeni qaydalarla...

Onlayn sifariş edilən məhsullar niyə gecikir? – Dövlət Gömrük Komitəsindən açıqlama

Son günlər bir sıra onlayn alış-veriş platformalarından edilən sifarişlərdə...

Onlayn xidmət göstərən qeyri-rezidentlərin vergi uçotu məcburi olacaq

Elektron ticarət qaydasında iş və xidmətlər təqdim edən qeyri-rezidentlərin...

Pünhan Nərimanov “PashaPay”in icraçı direktoru təyin edilib

Azərbaycanın iri elektron pul təşkilatlarından biri olan, m10 və...
spot_img