Azərbaycanda AZQR kod-la ödənişlərə dair tələblər təsdiq edilib

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti “Ödəniş əməliyyatlarının aparılmasına və ödəniş alətlərinə dair Qayda”da dəyişiklik edib.

Bununla bağlı AMB-nin sədri Taleh Kazımov yeni qərar imzalayıb.

Dəyişikliklə, qaydaya AZQR kod (Azərbaycana mal, iş və xidmətlərin dəyərinin ödənilməsi üçün formalaşdırılan QR kod), statik AZQR kod (tərkibi aparılacaq ödəniş əməliyyatlarının məzmununa uyğun sabit məlumatlardan ibarət olan AZQR kod), dinamik AZQR kod (tərkibi aparılacaq hər bir ödəniş əməliyyatının məzmununa uyğun dəyişən məlumatlardan ibarət olan AZQR kod) və AZQR kod təchizatçısı (AZQR kod vasitəsilə ödəniş əməliyyatlarının icrası üçün AZQR kodu formalaşdıran və (və ya) ödəniş xidməti istifadəçisini AZQR kodun oxunması funksionallığı ilə təmin edən Azərbaycanda fəaliyyət göstərən təchizatçı) anlayışları əlavə edilib.

Azərbaycanda QR kod vasitəsilə ödəniş əməliyyatlarının aparılması üçün ödəniş xidməti təchizatçılarının tərtib etdiyi dinamik və statik AZQR kod AMB-nin İH-nin təsdiq etdiyi tələblərə uyğun olmalıdır. Tələblər qurumun internet səhifəsində yerləşdiriləcək. AZQR kod təchizatçısı AZQR kod vasitəsilə icra olunmuş ödəniş əməliyyatı üzrə vəsaitin tam və ya qismən geri qaytarılmasına imkan verən funksionallığı təmin etməlidir.

AZQR kod vasitəsilə milli valyutada aparılmış ölkədaxili əməliyyatlar üzrə ödəniş xidməti təchizatçıları arasında hesablaşmalar AÖS vasitəsilə həyata keçiriləcək.

Bundan başqa, fiziki şəxslərin ölkədaxili ödəniş xidməti təchizatçılararası milli valyutada pul vəsaitlərinin köçürülməsi AMB-nin operatoru olduğu Ani Ödənişlər Sistemi (AÖS) vasitəsilə həyata keçiriləcək. Bu köçürmələr AÖS-dən fərqli ödəniş sistemi vasitəsilə həyata keçirilə bilər, bu şərtlə ki, həmin əməliyyatların AÖS vasitəsilə həyata keçirilməsi mümkün olmasın.

AZQR kod təchizatçısı isə ödəyicini AZQR kodun oxunması funksionallığı və xidmət göstərdiyi təsərrüfat subyektini bu Qaydanın tələblərinə uyğun QR kodla ödənişlərin qəbul edilməsi imkanı ilə təmin edir.

Həmçinin müvafiq qanunların tələblərini nəzərə alınmaqla təchizatçı ödəniş alətinin fiziki olaraq ödəniş xidməti istifadəçisinə çatdırılması zamanı üçüncü şəxslərin xidmətlərindən istifadə edə bilər.

AMB-nin Hüquq departamentinə bu Qərarın 3 gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsi tapşırılıb.

Mənbə “Report” 

spot_imgspot_img

Oxşar xəbərlər

Kripto auditləri investorlara yalançı təhlükəsizlik hissi verir: III rübdə 1,18 milyard dollar itki

Hacken-in hesabatı göstərir ki, III rübdə kripto itkiləri 1,18 milyard dollara çatıb və bunun 77%-i auditdən kənar risklərlə bağlıdır.

Bitcoin-in 100 min dollar hədəfi analitikləri böldü: inflyasiya riski artır

Bitwise Bitcoin-in 100 min dolları keçəcəyini gözləyir, LO:TECH isə dar diapazon proqnozlaşdırır. Faiz və inflyasiya qeyri-müəyyənliyi bazarı bölür.

Stablecoin ödənişləri 45% artdı: Visa, Mastercard və Stripe kriptonu nağdla birləşdirir

Allium-un hesabatına görə, stablecoin ödəniş həcmi bu il 482 milyard dollara çatıb. Visa, Mastercard və Stripe kripto relslərini genişləndirir.

Cysic kripto körpüsü 10 milyon CYS icazəsiz zərbindən sonra dayandırıldı

Cysic körpüsü 10 milyon CYS icazəsiz zərbindən sonra müvəqqəti dayandırılıb, əsas şəbəkə zərər görməyib.

Binance və Coinbase Qərbi Afrikada 11 milyon dollarlıq fırıldaqçılıq əməliyyatına qoşuldu

Binance və Coinbase Qərbi Afrikada 11 milyon dollarlıq şübhəli vəsaitin aşkarlanmasına kömək edib.
spot_img