“Trendyol” və “Azərlotereya” əməkdaşlığa başladı – “1001 Sevinc” artıq “Trendyol”da

Türkiyənin aparıcı e-ticarət platforması və dünyanın ən böyük e-ticarət platformalarından biri “Trendyol”, Azərbaycanın yeganə qanuni lotereya təşkilatçısı “Azerlotereya” ASC ilə əməkdaşlığa başlayıb. ​​Bu əməkdaşlıq çərçivəsində “Trendyol”, “Azerlotereya”nın rəsmi e-ticarət sub-distributoru kimi çıxış edəcək.

Müştərilər artıq “Trendyol” platforması vasitəsilə də “1001 Sevinc” əşya lotereyasına qoşularaq şanslarını sınaya biləcəklər.

“1001 Sevinc” əşya lotereyası oyunçulara cəmi 0.5, 1, 2 və ya 3 AZN qarşılığında qiymətli hədiyyələr qazanmaq imkanı yaradır. Qaliblər lototron vasitəsi ilə “Azərlotereya”nın Youtube və Telegram kanallarında canlı yayımla müəyyən edilir.

Lotereyada avtomobil, eləcə də telefon, kompüter və planşetlər, elektronika, məişət avadanlıqları, oyun və konsollar, hədiyyə kartları kimi kateqoriyalara daxil olan uduşlar oynanılır.

Lotereya biletini onlayn şəkildə əldə etmək üçün Trendyol müştəriləri əsas səhifədə yerləşdirilən “1001 Sevinc” bannerinə klikləməli və ya “Sifarişlərim” bölməsindən “1001 Sevinc” kateqoriyasını seçməlidirlər. Bununla yanaşı, müştərilər əldə etdikləri biletlərin statusu, tiraj tarixi, lotereyanın nəticələri barədə məlumatları da öz Trendyol hesablarında görə biləcəklər.

Hazırda “Trendyol”un Azərbaycanda 2,5 milyondan çox müştərisi var. Son iki ildə Trendyol tətbiqi Azərbaycanda ən çox yüklənən mobil tətbiq olub.

2001-ci ildən fəaliyyət göstərən “Azərlotereya”nın müxtəlif çeşidli əyləncəli oyunlarında 1000000 manatadək böyük uduş qazanmaq şansı var.

spot_imgspot_img

Oxşar xəbərlər

eBay 56 milyon dollarlıq məhkəmə razılaşması imzaladı

eBay, 2019-cu ildə e-ticarət bülleteni yazarlarını təqib etdiyi üçün 56 milyon dollarlıq məhkəmə razılaşmasına nail olub.

Nvidia, Ilya Sutskever-ın Safe Superintelligence startapına 5 milyard dollar investisiya yatırdı

Nvidia, Ilya Sutskever-in süni intellekt startapı Safe Superintelligence-ə 5 milyard dollar investisiya yatıraraq AI sektorunda böyük sövdələşməyə imza atıb.

Mərkəzi Bank qiymətli kağızlarını icarəyə verir: yeni maliyyə aləti necə işləyir?

AMB qiymətli kağızlarını icarəyə verməklə valyuta ehtiyatlarını daha səmərəli idarə edir.

AMB rəsmisi istehlak kreditləri üzrə yeni tənzimləmələri şərh etdi

AMB rəsmisi istehlak kreditləri üzrə yeni qaydaları izah edir.

BlackRock, Fidelity və digər Wall Street nəhəngləri Clarity Act-i dəstəkləyir

Wall Street nəhəngləri Clarity Act-i dəstəkləyərək kripto bazar tənzimləməsini dəstəklədiklərini bildiriblər.
spot_img