“The Economist”in indeksi: manat ABŞ dollarına qarşı real dəyərindən 36% ucuzdur

Nüfuzlu “The Economist” dərgisi manat üzrə “Big Mac” indeksini (The Big Mac index) dərc edib. Yeni indeksdən məlum olur ki, cari ilin iyulunda Azərbaycan manatının məzənnəsi ABŞ dollarına qarşı real dəyərindən 36.4% aşağıdır.

6 ay öncə, bu 2024-cü ilin əvvəlində 38.6% idi.

Hazırkı göstəricini nəzərə alsaq, manat ilin əvvəli ilə müqayisədə bir qədər uzuzlaşmış olur.

Yanvarda manatın “Big Mac” üzrə indeksi Azərbaycanda 5.95 manat, ABŞ-da isə 5.69 dollar olduğundan gözlənilən məzənnə 1.05 USD/AZN göstərilirdi. Bununla faktiki məzənnə arasındakı fərq olan 1.70 Azərbaycan manatının 38.6% dəyərdən düşdüyünü göstərirdi.

İyulda isə “Big Mac” üzrə indeksi Azərbaycanda 6.15 manat, ABŞ-da isə 5.69 dollar olduğundan gözlənilən məzənnə 1.08 USD/AZN göstərilir. Bu da, real məzənnə arasındakı fərq olan 1.70 Azərbaycan manatının 36.4% dəyərdən düşdüyünü göstərirdi.

ABŞ dolları 2022-ci ildən başlayaraq həm pandemiyadan sonra gələn güclü inflyasiya və ardınca Rusiya Ukrayna müharibəsi fonunda investorların ehtiyat limanına çevrilib. Belə ki, ABŞ Federal Ehtiyat Sistemi 40 illik inflyasiyanı boğmaq üçün uçot faiz dərəcəsini 0.25%-dən 5.25-5.5%-ə qədər qaldırmışdı. Hazırda isə FED-in növbəti müddətdə faiz endirimi siqnalları fonunda dollar əksər valyutalara qarşı ucuzlaşır. Eyni zamanda manat da dollarla nisbətdə lövbər məzənnədə olduğu üçün ABŞ dolları ilə eyni sırada qalxıb-düşür.

Real dəyərindən ən aşağı həddə Tayvan (Çinin ərazisi)  dolları göstərilir. Tayvan dolları öz real dəyərindən 59.9 ucuzdur. İsveç frankı isə real dəyərindən 41.8% bahadır kimi təsnif edilib.

spot_imgspot_img

Oxşar xəbərlər

OpenAI Lockdown Mode: Prompt Injection Qorunması

OpenAI, ChatGPT-ni prompt injection hücumlarından qorumaq üçün Lockdown Mode adlı yeni xüsusiyyəti istifadəyə verdi.

20 milyon dollarlıq ailə payını milyard dollarlıq kripto imperiyasına çevirən qabaqcıl

Kripto qabaqcılı Ceyms Vuo 20 milyon dollarlıq ailə sərvətini 1 milyard dollarlıq kripto imperiyasına çevirdi.

İnvestorlar Bitcoin düşərkən Hyperliquid ETF-lərinə axın edir

Investorlar Bitcoin-in düşüşü zamanı Hyperliquid ETF-lərinə böyük maraq göstərir.

Sriram Krishnan Ağ Evin süni intellekt müşaviri vəzifəsindən ayrılır

Ağ Evin süni intellekt müşaviri Sriram Krishnan vəzifəsindən ayrılır və yeni təşkilat qurmağı planlaşdırır.

Bitcoin və Ether FTX çöküşündən bəri ən pis həftəlik enişi yaşayır

Bitcoin və ether FTX çöküşündən sonra ən pis həftəlik enişi yaşayır, 390 milyard dollar silinib.
spot_img