Starex Avtomatik bəyan funksiyasını aktivləşdirib.

Umico-dan sonra, ölkənin aparıcı karqo şirkətlərindən biri olan Starex şirkəti də, xarici onlayn mağazalardan sifariş edilən məhsulların avtomatik bəyan edilməsi xidmətini aktivləşdirib. Lakin hazırda bu funksiyanın bütün onlayn mağazlardan sifariş, yoxsa yalnız Çin-in Temu mağazasına aid olduğu aydın deyil. Starex-ə etdiyimiz müraciət təəssüf ki, cavabsız qalıb.

Avto smartcustoms-dan necə istifadə etmək mümkündür? Bir neçə addımla indi izah edəcəyik:
– Mağazadan məhsul sifariş edildikdən sonra, SMS ilə link göndərilir.
– Müştəri bu linkə keçid edərək, ŞV Fin kodunu daxil edir.
– Bundan sonra Starex bəyannaməni avtomatik tərtib edərək, Smart Customsda yerləşdirir.

Göründüyü kimi bu metod, Umico Logistics tərəfindən tətbiq edilrən Avtosmartcustoms metodundan fərqlənir. Şirkət direktoru Sabir Nifətliyev öz facebook profilində, şirkətin həmçinin yeni mobil tətbiq üzərində işlədiklərini və yeni tətbiqdə bu avtomatik bəyannamənin daha asan və sürətli mümkün olacağını qeyd edib.

spot_imgspot_img

Oxşar xəbərlər

Millenialslar və Z nəsli AI alış-veriş alətlərini qəbul edir

Yeni araşdırma millenialsların və Z nəslinin süni intellekt alış-veriş alətlərinə artan maraq göstərdiyini, lakin ümumi istehlakçıların müşahidə qiymətlərindən ehtiyat etdiyini ortaya qoyur.

BNY-nin AI strategiyası platform bankçılığında yeni era açır

BNY, 2026-cı ilin birinci rüb hesabatında süni intellekt əsaslı platform bankçılığı strategiyasını açıqlayaraq müştəri iş axınlarına inteqrasiya olunmuş əməliyyat ortağı kimi mövqelənməyi hədəfləyir.

Factory startupı 1.5 milyard dollar dəyərlə AI kodlaşdırma bazarına girir

Üç yaşlı Factory startupı 150 milyon dollar investisiya cəlb edərək 1.5 milyard dollarlıq dəyərləməyə nail oldu. Şirkət korporativ AI kodlaşdırma həlləri üzərində ixtisaslaşır.

SG-Forge USD CoinVertible stablecoinini MetaMask-a inteqrasiya edir

Societe Generale-nin blokçeyn törəməsi SG-Forge, USD CoinVertible stablecoinini MetaMask-a inteqrasiya edərək kripto bazarında institusional irəliləyişi sürətləndirir.

Papara TMSF ihalesiylə Türkiyə Emlak Bankına keçir

Türkiyənin aparıcı fintech platforması Papara, TMSF ihalesi ilə Türkiyə Emlak Katılım Bankasına keçdi.
spot_img