Reklama dair ümumi tələblər dəyişir

Bu, Milli Məclisin Aqrar siyasət komitəsində müzakirə edilən “Reklam haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Qüvvədə olan qanuna əsasən, istehsalı (satışı) lisenziyalaşdırılan, sertifikatlaşdırılan əmtəələr yalnız müvafiq təsdiqləyici sənədlər olduqda, reklam edilə bilər. Bu halda reklamda lisenziyanın və sertifikatın nömrəsi, verilmə tarixi və onu verən orqanın adı göstərilməlidir.

Layihəyə əsasən, istehsalının (satışının) lisenziyalaşdırılması, sertifikatlaşdırılması üçün məcburi tələb olan əmtəələr yalnız müvafiq təsdiqləyici sənədlər olduqda reklam edilə bilər. Bu halda reklamda lisenziyanın və (və ya) sertifikatın nömrəsi, verilmə tarixi və onu verən orqanın adı göstərilməlidir. Reklam daşıyıcısının xüsusiyyətlərinə görə bu məlumatların göstərilməsi mümkün olmadıqda, müvafiq lisenziyanın və (və ya) sertifikatın olması barədə məlumat verilməli və reklam istehlakçısının müvafiq məlumatla tanış olması üçün şərait yaradılmalıdır.

Reklam daşıyıcısının xüsusiyyətlərindən asılı olaraq reklam olunan əmtəə barədə ətraflı məlumatın verilməsi məqsədilə reklamda müvafiq keçidlərdən, eləcə də qısa nömrələrdən istifadə oluna bilər. Bu halda reklam olunan əmtəə barədə müvafiq keçidlərdən istifadə etməklə verilən məlumat reklamda istifadə olunan məlumata zidd olmamalı, onun tamlığına xələl gətirməməlidir. Reklamda əmtəə barədə verilən məlumatlar reklam istehlakçısı tərəfindən açıq və başa düşülən formada ifadə edilməlidir.

Rəqəmsal platforma təsisçisi reklam subyektləri sırasına daxil edilir

“Reklam haqqında” qanun, Azərbaycan Respublikasının ərazisində olan reklam istehlakçılarına ünvanlanan reklam daşıyıcısı olan rəqəmsal platforma reklamlarına da şamil ediləcək.

Bu, Milli Məclisin Aqrar siyasət komitəsində müzakirə edilən “Reklam haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Beləliklə, rəqəmsal platforma təsisçisi reklam subyektləri sırasına daxil edilir.

spot_imgspot_img

Oxşar xəbərlər

“AniPay” mobil tətbiqi və anipay.az saytının fəaliyyəti dayandırılır

Mərkəzi Bank tərəfindən 4 mart 2026-cı il tarixindən etibarən...

Azərbaycanda “Süni İntellektə Hazırlıq İndeksi” hazırlanacaq

Azərbaycanda 2027-ci ilin iyun ayına kimi dövlət "Süni İntellektə...

Azərbaycanda rəqəmsal inkişafın sürətləndirilməsinə dair üçillik Fəaliyyət Planı təsdiqlənib

Azərbaycanda rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026-2028-ci illər üçün Fəaliyyət Planı təsdiqlənib. "Report" xəbər...

Azərbaycanda süni intellekt təhlükəsizliyinə dair tələblər formalaşdırılır

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti süni intellekt...

Azərbaycan Mərkəzi Bankı Rəqəmsal Valyuta Platforması tətbiq edəcək

Azərbaycan Mərkəzi Bankının Rəqəmsal Valyuta Platforması tətbiq etməsi və...
spot_img