Özbəkistanın İT Holdinqi Uzum Unicorn oldu

Şirkət bir milyard dollar dəyərləndirmə ilə yatırım alaraq, ölkənin ilk Unicorn-u olub.

Şirkət $50 mln. dollardan çox yatırım və $50 mln. dollardan çox borc halında vəsait cəlb etdiyini açıqlayıb. Yatırımın əsas investoru FinSight Ventures fondu olmaqlar, A yatırım raundunda həmçinin Xanara Investment Management və Uzum şirkətinin bəzi top menecerləri iştirak ediblər.

Yatırım nəticəsində investorlar şirkətin 5% payına sahib olacaqlar. 2024-cü il ərzində Uzum Yaxın Şərq, Böyük Britaniya və ABŞ-dan daha $200 milyon cəlb etməyi planlayır. Şirkət borc vəsaiti, BƏƏ-dən olan investorlardan əldə edib. Cəlb edilmiş yatırımla şirkət logistika infrastrukturun yaxşılaşdırılması, və öz kredit sisteminin qurulmasına istifadə edəcək.

Uzum 2024-cü ildə Özbəkistanda onlayn ticarət üçün 112 min m² sahəsi olan logistika mərkəzini istifadə vermək istəyir. Növbəti iki ildə isə bu sahəni 500 min m²-dək böyütməyi planlayır.

Uzum ekosistemində Uzum Market marketpleysi, Uzum Tezkor ekspress çatdırılma xidməti, Uzum Bank rəqəmsal bankını, Kapitalbank, Uzum Nasiya taksit sistemini, UzumAvto avtomobil satışı platforması və Uzum Business biznes inkişaf tətbiqləri fəaliyyət göstərir

Şirkətdən bildirilib ki, hazırda iki superapp formatına keçid mərhələsindədilər: Fiziki şəxslər üçün Uzum və Hüquqi şəxslər üçün Uzum Вusiness. Şirkət məlumatlarına əsasən, 2023-cü ildə şirkətin aylıq müştəri bazası 10 milyon istifadəçi, xalis gəlir isə $100 mln təşkil edirdi. Hazırda 10 min işçisi var. Uzum şirkətinin həmtəsisçisi və baş direktoru Cəsur Cumayevin sözlərinə görə, şirkət 2026-cı ildə IPOya çıxmağa planlayır.

Qlobal bazarlarda vəziyyət hər gün dəyişir və buna görə də biz optimal yatırım cəlbi üçün, bütün mümkün variantları nəzərdə keçiririk. Bunlardan biri Daşkənd birjası və yaxud qərb birjaları ilə paralel Abu Dabi birjalarına çıxmaqdır.

Cəsur Cumayev (Forbes-dan alıntı)

spot_imgspot_img

Oxşar xəbərlər

Azərbaycanda süni intellekt çat-botları bazarında ChatGPT liderdir

2026-cı ilin sentyabrında Azərbaycanda süni intellekt çat-botları bazarında ChatGPT-nin payı 86,3 faiz olub. Gemini-nin payı isə azalaraq 10,28 faizə düşüb.

Google Gemini-ni agent süni intellektə çevirir

Google, Gemini-ni planlaya, tapşırıqları icra edə və biznes tətbiqləri arasında işləyə bilən agent süni intellektə çevirir. Yeni sistem korporativ müştərilərə yönəlib.

OpenAI-ın gəliri proqnozdan 20 milyard dollar az çıxdı

OpenAI-ın illik gəlirinin əvvəlki proqnozlardan təxminən 20 milyard dollar az olduğu açıqlanıb. Bu, süni intellekt sektorunda maliyyə göstəriciləri ilə bağlı müzakirələri gücləndirir.

Uber və Çinin Pony.ai şirkəti Londonda robotaksi xidməti başladır

Uber və Çinin Pony.ai şirkəti Londonda robotaksi xidməti başlatmağı planlaşdırır və yaxın həftələrdə sınaqlara başlayacaq.

Goodfire süni intellekt agentlərini daha ucuz üsulla nəzarət edən monitorlar təqdim etdi

Goodfire şirkəti süni intellekt agentlərini daha az xərclə nəzarət edən yeni monitor sistemini təqdim edib.
spot_img