PayPal ABŞ-da bank lisenziyası almaq üçün müraciət edib

Bank Yuta ştatında qeydiyyata alınacaq.

PayPal ödəniş xidməti ABŞ-da sənaye kredit şirkəti (Industrial Loan Company – ILC) yaratmaq üçün sənədləri Əmanətlərin Sığortalanması üzrə Federal Korporasiyaya (FDIC)Yuta ştatının Maliyyə İnstitutları Departamentinə təqdim edib. Bu barədə Reuters məlumat yayıb.

Məlumata görə, şirkət öz bankını yaratmağı planlaşdırır və ABŞ prezidenti Donald Trampın administrasiyası dövründə formalaşmış daha əlverişli tənzimləyici mühitdən yararlanmaq niyyətindədir. Nəşr qeyd edir ki, Trampın vəzifəyə başlamasından sonra bank lisenziyası almaq üçün müraciətlərin sayında artım müşahidə olunur.

Reuters vurğulayır ki, fintex və kriptovalyuta şirkətləri bizneslərini genişləndirmək üçün bank lisenziyasına ehtiyac duyurlar. PayPal-ın müraciətinin təsdiqlənəcəyi halda, şirkət ABŞ-da kiçik və orta bizneslər üçün kredit təkliflərini genişləndirəüçüncü tərəf tərəfdaşlardan asılılığını azalda biləcək.

Qeyd olunur ki, 2025-ci ilin dekabrında ABŞ-ın Pul Dövriyyəsinə Nəzarət İdarəsi (OCC) RippleCircle daxil olmaqla bir sıra iri kriptovalyuta şirkətlərinə milli trast banklarının yaradılması üçün ilkin razılıq verib. Nəşr bildirir ki, bu addım rəqəmsal aktivlərin bank sisteminə daha dərin inteqrasiyasına şərait yaradır.

Mənbə: Bloomberg

spot_imgspot_img

Oxşar xəbərlər

“AniPay” mobil tətbiqi və anipay.az saytının fəaliyyəti dayandırılır

Mərkəzi Bank tərəfindən 4 mart 2026-cı il tarixindən etibarən...

Azərbaycanda “Süni İntellektə Hazırlıq İndeksi” hazırlanacaq

Azərbaycanda 2027-ci ilin iyun ayına kimi dövlət "Süni İntellektə...

Azərbaycanda rəqəmsal inkişafın sürətləndirilməsinə dair üçillik Fəaliyyət Planı təsdiqlənib

Azərbaycanda rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026-2028-ci illər üçün Fəaliyyət Planı təsdiqlənib. "Report" xəbər...

Azərbaycanda süni intellekt təhlükəsizliyinə dair tələblər formalaşdırılır

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti süni intellekt...

Azərbaycan Mərkəzi Bankı Rəqəmsal Valyuta Platforması tətbiq edəcək

Azərbaycan Mərkəzi Bankının Rəqəmsal Valyuta Platforması tətbiq etməsi və...
spot_img