PashaPay-in sahibi 48 milyon manat yatırım edib

m10 elektron pulqabısı ilə tanınan ölkənin aparıcı maliyyə təşkilatı “Pasha Pay” MMC-nin 100% sahibi Kapital Bankdır. Bu barədə məlumat “Kapital Bank” ASC-nin yarımillik hesabatında verilib. Qeyd edilib ki, “Kapital Bank” 21 may 2024-cü il tarixində “Pasha Pay” MMC şirkətinə 48 milyon 704 min manat investisiya yatırıb. 

Qeyd edək ki, “PASHA Holding” MMC-nin maliyyə şirkəti olan “PashaPay” MMC-nin nizamnamə kapitalı holdinqin tərkibinə keçəndən sonra ilk dəfə 2023-cü ilin oktyabr ayında artırılıb. Belə ki, şirkətin nizamnamə kapitalı 18 milyon manat artırılaraq 22 min manatdan 18 milyon 22 min manata yüksəldilmişdi. 

Hazırda ekosistemdə PashaPay-ə məxsus iki əsas ödəniş xidməti var – MilliÖn və m10.

Şirkət 2021-ci ilə qədər “Komtec LTD” MMC kimi adlandırılırdı və “MilliÖn” ödəniş terminalının sahibdir. Holdinqin tərkibinə keçdikdən sonra “PashaPay” adlandırılıb.

“Komtec LTD” MMC kimi adlandırılan şirkət Pasha Holdinqin tərkibinə keçdikdən sonra 2022-ci ildən “PashaPay” adlandırılıb. PashaPay, “xalq brendi” kimi tanınan, 2008-ci ildən əhalinin istifadəsinə verilmiş MilliÖN ödəmə sisteminin əsasında qurulub. Hazırda əhali bütün ölkə üzrə yayılmış 5500-dən çox MilliÖN terminalı vasitəsilə 700-dən çox xidmətdən istifadə etməklə ödənişlərini həyata keçirir. Bunların arasında mobil rabitə, kommunal xidmətlər, sığorta, dövlət rüsumları, hüquqi şəxslərin ödənişləri və digər xidmətləri qeyd etmək olar.

2022-ci ilin iyul ayında PashaPay yeni m10 mobil tətbiqini uğurla təqdim edərək fiziki şəxslər və sahibkarlara öz əməliyyatlarını sadələşdirmək üçün imkan yaratdı.  Elektron pulqabı olan m10-un ən böyük üstünlüyü tamamilə komissiyasız ölkədaxili pul köçürmələridir. Şirkətin Bakı və Moskvadakı ofislərində 440-dan çox əməkdaş çalışır.

spot_imgspot_img

Oxşar xəbərlər

Onlayn xidmət göstərən qeyri-rezidentlərin vergi uçotu məcburi olacaq

Elektron ticarət qaydasında iş və xidmətlər təqdim edən qeyri-rezidentlərin...

Pünhan Nərimanov “PashaPay”in icraçı direktoru təyin edilib

Azərbaycanın iri elektron pul təşkilatlarından biri olan, m10 və...

Samir Məmmədov “Birmarket” CEO-su təyin edilib

Azərbaycanın ən böyük elektron ticarət platformalarından biri olan “Birmarket”də...

“Google Zero” nədir və niyə e-ticarət üçün təhlükədir?

“Google Zero” sənayedə işlənən bir ifadədir: Google axtarışının istifadəçini...

2026-cı ildə onlayn pərakəndəni yenidən formalaşdıracaq e-ticarət trendləri

Onlayn pərakəndə ticarət 2026-cı ilə iqtisadi təzyiqlər, istehlakçı davranışlarındakı...
spot_img