“PashaPay” ilə möcüzələr geri qayıdır!

m10 tətbiqində yaradılan “Hər ürəyə bir sevinc. İlin yekunları və yaxşılıq etmək imkanı” bölməsinə daxil olub ödəmələr zamanı yığılan Umico bonuslarınız və pulqabındakı şəxsi vəsaitinizdən siyahıda təqdim olunan xeyriyyə fondlarından birinin hesabına ianə köçürə bilərsiniz.

“PashaPay” “Hər ürəyə bir sevinc” Yeni il kampaniyasına start verib.

Yeni İl həmişə möcüzə gözləmək və xeyirxahlıq etmək üçün yeni başlanğıclar deməkdir. “PashaPay” bu il də Yeni İl və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində bizi birləşdirəcək xeyriyyə aksiyasına başlayıb.  Məqsəd ehtiyac sahiblərinə yardım etmək, bununla da insanların möcüzələrə inamını geri qaytarmaqdır.

Kampaniyanın şərtləri çox sadədir. m10 tətbiqində yaradılan “Hər ürəyə bir sevinc. İlin yekunları və yaxşılıq etmək imkanı” bölməsinə daxil olub ödəmələr zamanı yığılan Umico bonuslarınız və pulqabındakı şəxsi vəsaitinizdən siyahıda təqdim olunan xeyriyyə fondlarından birinin hesabına ianə köçürə bilərsiniz. Kampaniya yanvarın sonunadk davam edəcək, lakin yardımlar üçün köçürmə həmişə mümkün olacaqdır.   

Kampaniya üçün nəzərdə tutulmuş məbləğin tən yarısını “PashaPay” ailəsi ödəyib, digər yarısının isə kampaniya çərçivəsində toplanması ümid edilir.

Tətbiqdəki xeyriyyə fondlarının sayı gələcəkdə artırılacaq və beləliklə m10 elektron pulqabısı nəinki rahat ödəmə vasitəsi, həm də rahat və şəffaf ianə vasitəsi kimi əhalinin xidmətində olacaq.

spot_imgspot_img

Oxşar xəbərlər

Bitcoinin məzənnəsi 70 min dollardan aşağı düşüb

Son bir ay ərzində kriptovalyuta dəyərinin 25%-dən çoxunu itirib. Coinmarketcap-ın...

Xaricdən alış-veriş edənlərin nəzərinə: Gömrükdə dəyişiklik

İyun ayından etibarən gömrük bağlamalarının bəyan edilməsi yeni qaydalarla...

Onlayn sifariş edilən məhsullar niyə gecikir? – Dövlət Gömrük Komitəsindən açıqlama

Son günlər bir sıra onlayn alış-veriş platformalarından edilən sifarişlərdə...

Onlayn xidmət göstərən qeyri-rezidentlərin vergi uçotu məcburi olacaq

Elektron ticarət qaydasında iş və xidmətlər təqdim edən qeyri-rezidentlərin...

Pünhan Nərimanov “PashaPay”in icraçı direktoru təyin edilib

Azərbaycanın iri elektron pul təşkilatlarından biri olan, m10 və...
spot_img