“PASHA Private Banking” ilk eksklüziv kartlarını təqdim edib

Azərbayacanda yüksək gəlirli müştərilərə xidmət göstərən “PASHA Private Banking” ilk eksklüziv ödəniş kartlarını ictimaiyyətə təqdim edib.

Üst səviyyə bank xidmətləri və fərdi yanaşması ilə seçilən “PASHA Private Banking” təqdim etdiyi eksklüziv “Horizon” və “Heritage” ödəniş kartları ilə müştərilərə yeni imkanları kəşf etməyi təklif edir.

Müasir tendensiyalar və müştərilərin rəyləri əsasında ərsəyə gələn bu kartların yaradılmasında ilham mənbəyi – müştərilərin sərvətin idarəolunmasında yeni üfüqləri kəşf etmək əzmi və gələcək nəsillərə ötürülməli olan irs və mirasımızdır. Qeyd olunan bu məqamlar hər iki kartın adı və daşıdığı mənada əks olunur.

“Horizon” (Üfüq) – kəşf edilməyi gözləyən sərhədlərin təmsilidir. Bu kart ilə müştəriləri sərvətin artırılmasına və rifaha doğru yol gözləyir. 

“Heritage” (İrs) – keçmişin hekayələrini özündə birləşdirən və gələcəyə ilham verən sonsuz bir xəzinədirBu kart müştəriləri qazandıqları mirası qorumaq və gələcək nəsillərə ötürmək məqsədini özündə daşıyır. 

Bu kartlarla müştərilər “PASHA Private Banking”in təqdim etdiyi bütün xidmətlərdən, sərvətin idarəolunması üzrə məsləhət xidmətindən, fərdi müştəri meneceri və diqər üstünlüklərdən istifadə etmək hüququna malikdirlər. 

Eyni zamanda müştərilər premium brendlərin yeni məhsullarının öncədən sifarişini, eksklüziv tədbirlərə dəvət, səyahət imkanları və bənzərsiz həyat tərzi üstünlükləri ilə həm yerli, həm də qlobal miqyasda faydalana bilərlər. 

Həmçinin “Horizon” və “Heritage” kart sahibləri üçün “Miles and Smiles” proqramının iştirakçısı olaraq millər toplamaq, eyni zamanda “Fast Track”, “Lounge Key”, “Air Transfer” və digər premium səyahət üstünlüklərindən istifadə etmək mümkündür. Bu üstünlüklərdən yalnız kart sahibləri deyil, o cümlədən ailə üzvləri də istifadə edə bilərlər. 

Məlumat üçün qeyd edək ki, artıq kartların satışı həyata keçirilib və bir neçə əməliyyat uğurla tamamlanıb. “Horizon” və “Heritage” kartları haqqında ətraflı məlumatı https://www.pashaprivate.az/az/xidmetler/kartlar linkinə keçid edərək əldə edə bilərsiniz.  

Qeyd edək ki, 2010-cu ildə fəaliyyətə başlayan “PASHA Private Banking” Azərbaycan bazarında yüksək gəlirli şəxslər üçün xidmət göstərən ilk qurumdur. Son illər ərzində bir sıra nüfuzlu beynəlxalq mükafatlar çərçivəsində “Ən yaxşı Private Banking xidmətləri təqdim edən bank”, “Ən yaxşı investisiya bankı”, “Ən yaxşı bank qrupu” nominasiyalarında fərqləndirilib.

“PASHA Private Banking” müştərisi olmaq və yüksək gəlirli müştərilər üçün nəzərdə tutulan bütün xidmətlərdən, məhsullardan və xüsusi üstünlüklərdən yararlanmaq üçün https://pashaprivate.az veb-saytına keçid edə və ya *1230 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

spot_imgspot_img

Oxşar xəbərlər

Moskva dünyanın ən bahalı şəhərləri sırasında: Deutsche Bank yaşayış qiymətləri hesabatı

Almaniyanın Deutsche Bank Tədqiqat İnstitutu dünya şəhərlərində yaşayış qiymətlərinin artım dinamikasına dair hesabat yayımlayıb. Moskva bu siyahıda ilk onluğa daxil olub.

AWS istifadəçiləri trilyon dollarlıq səhv faktura ilə qarşılaşdı: Amazon problemi həll etdi

Amazon Web Services bulud platformasında baş verən texniki nasazlıq nəticəsində bəzi istifadəçilər trilyon dollarlıq səhv fakturalar aldılar. Amazon problemi həll etdiyini bildirib.

Android-də Gemini qaynaqlı SMS təhlükəsizlik boşluğu aşkarlandı

Android kilid ekranında Gemini üzərindən SMS göndərilməsinə yol açan təhlükəsizlik zəifliyi aşkar olunub və Google problemi həll etmək üçün yeniləmə hazırlayır.

Wildberries anbarlarına hücumdan sonra satıcılar üçün ilk dəstək tədbirlərini elan etdi

Wildberries platforması hücuma məruz qalmış anbarlarla işləyən satıcılar üçün kompensasiya və güzəştlər paketini açıqlayıb.

Elektron Əməliyyatlar Assosiasiyası Bitcoin startapları ilə daha çox tərəfdaşlıq gözləyir

Elektron Əməliyyatlar Assosiasiyasının rəhbəri ənənəvi ödəniş təminatçıları ilə Bitcoin startapları arasında yeni tərəfdaşlıq dalğası gözlədiklərini açıqlayıb.
spot_img