Özbəkistanda “Telegram Wallet”dan istifadə rəsmiləşib

9 dekabr 2025-ci il tarixindən etibarən Özbəkistanda Telegram istifadəçiləri üçün Wallet xidməti istifadəyə verilib. Bu, mesajlaşma tətbiqinə birbaşa inteqrasiya olunmuş beynəlxalq cüzdandır. 27 milyondan çox istifadəçi artıq əlavə proqram yükləmədən, yerli ödəniş sistemlərindən istifadə edərək kriptovalyutaları ala, göndərə və qəbul edə bilir.

Wallet Bitcoin, Toncoin, USDT və 200-dən çox populyar tokeni dəstəkləyir. Analitiklər bildirib ki, bu format Özbəkistanda xüsusilə populyardır, çünki Telegram ölkədə internet istifadəçilərinin 88%-ni əhatə edir.

Qeyd edək ki, xidmətin texnoloji tərəfdaşı ölkənin ən böyük kriptoekosistemi olan Asteriumdur. Wallet Humo, Visa və Mastercard kartlarını dəstəkləyir, sürətli əməliyyatlar, şəffaf tariflər və yüksək məlumat təhlükəsizliyi təmin edir. Asterium-un CEO-su Komilhodja Sultonov bildirib ki, Wallet kriptoaktivlərlə işləməyi hər kəs üçün asan və təhlükəsiz edir.

Xidmət Milli Perspektivli Layihələr Agentliyi (NAPPA) tərəfindən lisenziya alıb ki, bu da istifadəçi identifikasiyası, məlumatların qorunması və maliyyə pozuntularının qarşısının alınması standartlarını təmin edir.

Hazırda Wallet dünya üzrə 150 milyon istifadəçiyə malikdir. Özbəkistandakı start ABŞ-dakı iyul 2025-ci il lansmanından sonra baş tutub və növbəti iki ildə xidmət 15 yeni bazara çıxmağı planlaşdırır.

spot_imgspot_img

Oxşar xəbərlər

Bitcoinin məzənnəsi 70 min dollardan aşağı düşüb

Son bir ay ərzində kriptovalyuta dəyərinin 25%-dən çoxunu itirib. Coinmarketcap-ın...

Xaricdən alış-veriş edənlərin nəzərinə: Gömrükdə dəyişiklik

İyun ayından etibarən gömrük bağlamalarının bəyan edilməsi yeni qaydalarla...

Onlayn sifariş edilən məhsullar niyə gecikir? – Dövlət Gömrük Komitəsindən açıqlama

Son günlər bir sıra onlayn alış-veriş platformalarından edilən sifarişlərdə...

Onlayn xidmət göstərən qeyri-rezidentlərin vergi uçotu məcburi olacaq

Elektron ticarət qaydasında iş və xidmətlər təqdim edən qeyri-rezidentlərin...

Pünhan Nərimanov “PashaPay”in icraçı direktoru təyin edilib

Azərbaycanın iri elektron pul təşkilatlarından biri olan, m10 və...
spot_img