NETTY2025 nominantları müəyyən edilib

Mükafatın qalibləri mükafatlandırma mərasimində elan olunacaq

NETTY 2025-in Azərbaycanın Milli internet-mükafatının nominantları müəyyən edilmişdir.

İştirakçıların ümumi sayından Virtual Münsiflər Heyətinin və Ekspert Şurasının səsverməsi nəticəsinə görə mükafatın nominantları olan saytlar, səhifələr və tətbiqlər seçilmişdir. Nominantların yekun siyahısı mükafatın saytındadır: https://www.netty.az/az/nominants .

Müsabiqə qaliblərinin müəyyən edilməsi üçün Mükafatın Akademiyası səsverməyə başlamışdır. Daxili səsvermə əsasında Akademiyanın nümayəndələri mövcud nominasiyalardan hər birində bir qalibi müəyyən edəcəklər.

Nominantlar arasından qaliblər 18 dekabrda mükafatlandırmanın təntənəli mərasiminin gedişatında elan ediləcəklər. Bütün nominantların nümayəndələri mərasimdə iştiraka dəvət ediləcək.

NETTY – Ümumdünya Şəbəkəsinin milli seqmentinin və ümumiyyətlə İT-bazarın inkişafı məqsədilə yaradılmış informasiya texnologiyaları sahəsində Azərbaycanın ilk peşəkar mükafatıdır. Müsabiqə çərçivəsində əhəmiyyətli veb və mobil resursların, ən yaxşı İT-layihələrin, informasiya texnologiyaları sahəsində qabaqcıl xadimlər adları çəkilir. Texnologiyanın inkişafına və tərəqqisinə istiqamətləndirilmiş trendlər, innovasiyalar və proqressiv ideyalar qeyd olunur.

Netty 2025 müsabiqəsində Wecom.az MEDİA, MƏDƏNİYYƏT VƏ KREATİV KONTENT nominasiyasında final mərhələsinə yüksəlmişlər arasındadır.

Mükafatın tərəfdaşları:

Baş tərəfdaş: NAR

Rəsmi tərəfdaş: AZINTELECOM

Tərəfdaşlar: AIM, SmartHost, Savalan, AliNino, Matrix Akademiyası, Online.az, Renley

İnformasiya tərəfdaşları: Report, Infocity.tech, Technote.az, Oxu.az, “Kaspi”, Baku.TV, Baku.ws, Media.az, Radio Enerji, Kazzımli Photography, Sapunov Online, ALR Media

spot_imgspot_img

Oxşar xəbərlər

Bitcoinin məzənnəsi 70 min dollardan aşağı düşüb

Son bir ay ərzində kriptovalyuta dəyərinin 25%-dən çoxunu itirib. Coinmarketcap-ın...

Xaricdən alış-veriş edənlərin nəzərinə: Gömrükdə dəyişiklik

İyun ayından etibarən gömrük bağlamalarının bəyan edilməsi yeni qaydalarla...

Onlayn sifariş edilən məhsullar niyə gecikir? – Dövlət Gömrük Komitəsindən açıqlama

Son günlər bir sıra onlayn alış-veriş platformalarından edilən sifarişlərdə...

Onlayn xidmət göstərən qeyri-rezidentlərin vergi uçotu məcburi olacaq

Elektron ticarət qaydasında iş və xidmətlər təqdim edən qeyri-rezidentlərin...

Pünhan Nərimanov “PashaPay”in icraçı direktoru təyin edilib

Azərbaycanın iri elektron pul təşkilatlarından biri olan, m10 və...
spot_img