m10 və Mastercard yeni rəqəmsal kartı istifadəyə verib

m10 fintex həlli və beynəlxalq ödəniş sistemi Mastercard əməkdaşlıq çərçivəsində m10 rəqəmsal kartını təqdim edib.

Məlumata görə, kart tam rəqəmsal formatdadır və m10 tətbiqi daxilində dərhal aktivləşdirilə bilir. İstifadəçilər kartı Apple PayGoogle Pay-ə əlavə edərək ölkə daxilində və xaricdə onlayn və kontaktsız ödənişlər həyata keçirə bilərlər.

Rəqəmsal m10 kartı m10 cüzdanı ilə eyni balansdan istifadə edir və əlavə bank hesabının açılmasını tələb etmir. Kartdan onlayn alış-veriş, NFC əsaslı nəqliyyat ödənişləri və kontaktsız əməliyyatlar üçün istifadə etmək mümkündür. Kartdan istifadə üçün şəxsiyyət təsdiqi (KYC) prosedurundan keçmək lazımdır.

Bildirilir ki, əməliyyatların təhlükəsizliyi Mastercard-ın antifrod və təhlükəsizlik texnologiyaları ilə təmin olunur. Yaxın dövrdə istifadəçilər üçün loyallıq proqramlarının da tətbiqi planlaşdırılır.

m10-un Məhsul üzrə sahə rəhbəri Leyla Məmmədova bildirib ki, rəqəmsal kart gündəlik ödənişləri daha rahat və sürətli etmək məqsədi daşıyır.

Qeyd edək ki, bu layihə Azərbaycanda fintex brendi ilə Mastercard arasında ilk əməkdaşlıq hesab olunur.

spot_imgspot_img

Oxşar xəbərlər

Pünhan Nərimanov “PashaPay”in icraçı direktoru təyin edilib

Azərbaycanın iri elektron pul təşkilatlarından biri olan, m10 və...

Samir Məmmədov “Birmarket” CEO-su təyin edilib

Azərbaycanın ən böyük elektron ticarət platformalarından biri olan “Birmarket”də...

“Google Zero” nədir və niyə e-ticarət üçün təhlükədir?

“Google Zero” sənayedə işlənən bir ifadədir: Google axtarışının istifadəçini...

2026-cı ildə onlayn pərakəndəni yenidən formalaşdıracaq e-ticarət trendləri

Onlayn pərakəndə ticarət 2026-cı ilə iqtisadi təzyiqlər, istehlakçı davranışlarındakı...

2027-ci ilədək Azərbaycanda e-ticarət gəlirlərində kəskin artım gözlənilir

Asiya İnkişaf Bankının (ADB) açıqladığı yeni proqnozlara görə, Azərbaycanda...
spot_img