m10-da köçürmələr üzrə komissiyasız limit 4 dəfə azaldılır, nağdlaşdırma komissiyalı olur

m10-da mart ayından bəzi əməliyyatlar üzrə yeni tariflər tətbiq ediliəcək.

“PASHA Pay” şirəkəti xəbər verir ki, digər m10 hesabına köçürmələr üzrə komissiyasız limit 20 min manatdan 5 min manata dəyişdirilir. 5 min manatlıq limit keçildikdən sonra 0.5% komissiya tutulacaqdır. Hazırda digər m10 hesabına köçürmələr 20 min manata qədər komissiyasızdır və bu mələğ keçdikdən sonra 0.5% komissiya tutulur. 

Həmçinin, hazırda m10 hesabından karta köçürmələr komissiyasızdır. Mart ayından etibarən aylıq cəmi 5 min manata qədər köçürmələr komissiyasız olacaqdır. Limiti keçdikdən sonra 0.5% komissiya tutulacaqdır. 

Ən önəmlisi, m10-da komissiyasız nağdlaşdırma dövrü sona çatır. Martdan etibarən Kapital Bank bankomatları vasitəsilə QR nağdlaşdırma zamanı 1% komissiya (minimum 1 manat) tutulacaq. 

Beynəlxalq köçürmələr zamanı komissiya valyutanın həmin günə olan məzənnəsindən asılı olacaqdır. 

Tətbiqdə m10 hesabının artırılması komissiyasız olaraq qalır. 

Komissiyasız pul köçürmək (0 ₼ komissiya ilə istədiyin adama pul göndər), komissiyasız nağdlaşdırma (bütün Kapital Bank bankomatlarında cəmi bir neçə saniyəyə pulunu komissiyasız nağdlaşdırmaq) m10-un əsas üstünlükləri idi.

Əlavə edək ki, yaşı 18-dən az olan istifadəçilər üçün m10 tətbiqindən istifadə etmələri dayandırılır. 

spot_imgspot_img

Oxşar xəbərlər

Banklar əmanətlər üzrə mütərəqqi verginin tətbiqini 2028-ci ilə qədər təxirə salmağı təklif edir

Bank sektoru əmanətlər üzrə mütərəqqi vergi şkalasının tətbiqinin 2028-ci ilə qədər təxirə salınmasını təklif edib.

Binance iOS zəifliyi barədə xəbərdarlıq etdi: seed-frazalar risk altındadır

Binance iOS əməliyyat sistemində seed-frazaları təhlükəyə ata biləcək zəiflik barədə istifadəçilərini xəbərdar edib.

Automattic süni intellektlə kodlaşdırma üçün Spacefast platformasını təqdim etdi

WordPress.com-un sahibi Automattic süni intellekt alətləri ilə tətbiq və veb sayt hazırlamağı asanlaşdıran Spacefast platformasını təqdim edib.

BitGo-nun üçüncü rüb mənfəəti kripto aktivləri hesabına ikiqat artdı

BitGo-nun üçüncü rüb mənfəəti kripto aktivləri üzrə 71 milyon dollarlıq gəlir hesabına ikiqat artıb, amma gəlirlər 51 faiz azalıb.

Telegram daxilində böyüyən kripto pul kisəsi müstəqil fəaliyyətə keçir

Telegram daxilində formalaşan kripto pul kisəsi müstəqil platforma kimi fəaliyyətə başlayır və kripto ticarəti ilə yanaşı tokenləşdirilmiş səhmlər təklif edəcək.
spot_img