Mərkəzi Bank “Azərikard”ın lisenziyasını məhdudlaşdırdı

“Azərikard” MMC fəaliyyətini ödəniş sisteminin operatoru və ödəniş təşkilatı kimi davam etdirəcəkdir

“Azərikard” MMC-yə (Təşkilat) “ödəniş sisteminin operatoru” fəaliyyətinin göstərilməsi üçün Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən 12 sentyabr 2024-cü il tarixində ÖSO-001 nömrəli, “ödəniş əməliyyatının ekvarinqi” və “elektron pulun emissiyası və elektron pul ilə ödəniş əməliyyatlarının icrası” fəaliyyətinin göstərilməsi üçün isə Mərkəzi Bank tərəfindən 12 sentyabr 2024-cü il tarixində EPT-011 nömrəli lisenziyalar verilib.

Mərkəzi Bankdan Marja.az-a verilən məlumata görə, təşkilatın müraciətinə əsasən Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 08 oktyabr 2025-ci il tarixli Qərarı ilə onun lisenziyasında “elektron pulun emissiyası və elektron pul ilə ödəniş əməliyyatlarının icrası” üzrə ödəniş xidməti ləğv edilib.

Bununla da Təşkilat fəaliyyətini elektron pul təşkilatı kimi deyil, ödəniş təşkilatı və ödəniş sisteminin operatoru olaraq davam etdirəcəkdir.

spot_imgspot_img

Oxşar xəbərlər

“AniPay” mobil tətbiqi və anipay.az saytının fəaliyyəti dayandırılır

Mərkəzi Bank tərəfindən 4 mart 2026-cı il tarixindən etibarən...

Azərbaycanda “Süni İntellektə Hazırlıq İndeksi” hazırlanacaq

Azərbaycanda 2027-ci ilin iyun ayına kimi dövlət "Süni İntellektə...

Azərbaycanda rəqəmsal inkişafın sürətləndirilməsinə dair üçillik Fəaliyyət Planı təsdiqlənib

Azərbaycanda rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026-2028-ci illər üçün Fəaliyyət Planı təsdiqlənib. "Report" xəbər...

Azərbaycanda süni intellekt təhlükəsizliyinə dair tələblər formalaşdırılır

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti süni intellekt...

Azərbaycan Mərkəzi Bankı Rəqəmsal Valyuta Platforması tətbiq edəcək

Azərbaycan Mərkəzi Bankının Rəqəmsal Valyuta Platforması tətbiq etməsi və...
spot_img