“Lisenziyalaşdırma sektora güvən və sabitlik gətirəcək”

“Ölkəmizdə lisenziyalaşdırma müddəti hələ başa çatmayıb və bir çox ödəniş qurumları lisenziyasız fəaliyyətlərini davam etdirirlər. Mərkəzi Bank digər ödəniş şirkətlərinə hələlik lisenziya verməsə də, onlara müəyyən zaman tanımaqla fəaliyyətlərini davam etdirməyə imkan verib. Bu qərar sektorda xidmətin davamlılığını təmin etmək və bazarda rəqabəti qorumaq üçün başa düşülən addımdır. Lakin bu, bizim kimi lisenziyalı şirkətlər üçün müəyyən çətinliklər yaradır. Rəqabət bərabərsizliyi bizim kimi lisenziya almaq üçün sərmayə yatıran şirkətlərə maliyyə və əməliyyat baxımından çətinliklərlə qarşılaşdırır”.

Bunu müsahibəsində Azərbaycanın ilk lisenziyalı ödəniş təşkilatı olan “Token Azerbaycan” MMC-nin baş direktoru Raşit Kartal bildirib. 

O əlavə edib: “Buna baxmayaraq, biz Mərkəzi Bankın sektorda nizam-intizamı qorumaq səylərini dəstəkləyir və inanırıq ki, bu proseslərin başa çatdırılması uzunmüddətli perspektivdə sektora güvən və sabitlik gətirəcək”.

Raşit Kartal rəhbərlik etdiyi Şirkətin lisenziyalaşdırma prosesindən də danışıb: 

“Əslində biz keçən ilin iyul ayından, yəni “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Qanun imzalanan kimi hazırlıqlarımıza başladıq. Məqsədimiz yalnız lisenziyanı almaq deyil, onu alan ilk şirkət olmaq idi. Bu lisenziyanın alınmasında Türkiyədəki elektron pul  şirkətimizin lisenziyasının olması və oradaki təcrübəmiz böyük rol oynadı. Burada bizim üçün ən dəyərli məqam Azərbaycan Respublikasının Mərkəzi Bankının bizi bu prosesdə istiqamətləndirməsi və müsbət yanaşması idi. Bu səbəblə Taleh Kazımov, Fərid Osmanov, Kəmalə Qurbanova və bütün komandaya dərin minnətdarlığımı bildirirəm”.

spot_imgspot_img

Oxşar xəbərlər

Clarity Act ehtimalları proqnoz bazarlarında kəskin artdı

Proqnoz bazarlarında Clarity Act-ın qəbulu ehtimalları artıb, lakin kripto qanun layihəsi hələ də uzun yol qət etməlidir.

Mecka robotların öyrədilməsi üçün 500 milyon dollar dəyərləmə ilə investisiya alır

Robot öyrədilməsi üzrə ixtisaslaşan Mecka startapı Sequoia Capital-ın rəhbərliyi ilə 500 milyon dollar dəyərləmə üzrə investisiya alır.

Amazon Prime Video qısa formatlı xəbər klipləri ilə TikTok-a meydan oxuyur

Amazon Prime Video tələb əsaslı qısa xəbər klipləri təqdim edərək qısa formatlı video bazarına daxil olur.

ABŞ bankları stablecoin mükafatlarına sərt limit tələb edir

ABŞ bankları stablecoin mükafatlarına daha sərt məhdudiyyətlər tələb edir, Senat isə Clarity Act layihəsinə səsverməyə hazırlaşır.

Moody’s: Azərbaycan süni intellekt infrastrukturunda region lideridir

Moody's beynəlxalq reytinq agentliyi Azərbaycanı regionda süni intellekt infrastrukturunun inkişafına görə lider ölkələrdən biri adlandırıb.
spot_img