Kristina Doroş Azərbaycan və 16 digər ölkə üzrə Visa-nın regional bölməsinə rəhbər təyin olundu

Rəqəmsal ödəmələrdə dünya lideri olan Visa şirkəti Ukrayna, Gürcüstan, MDB və Cənubi-Şərqi Avropa (CŞA) ölkələri bazarlarında yeni təyinatı elan edib.

Visa, 17 ölkəni əhatə edən böyük region üzrə Baş vitse-prezident və Regional menecer vəzifələrinə xanım Kristina Doroşu təyin edib.

Doroş, şirkətin Mərkəzi Asiya və Azərbaycanda biznes fəaliyyətini istiqamətləndirməyə davam etməklə yanaşı, Cənubi və Şərqi Avropa, Qafqaz, Ukrayna və Moldova regionunda Visa-nın fəaliyyəti və strateji inkişafına cavabdeh olacaq.   

Kristina Doroşun dünyanın aparıcı maliyyə müəssisələrində 20 ildən çox iş təcrübəsi var. 2016 ildə Visa-ya qoşularaq o, əsas (debit, kredit və premium) kart məhsulları, sədaqət proqramlarının işlənilməsi, rəqəmsal həllər və ödəyici təşəbbüsü ilə ödənişlər (push payments) istiqamətlərini əhatə edən regional komandaya rəhbərlik etməyə başlayıb.

Yeni təyinatı şərh edərək, Visa-nın Mərkəzi və Şərqi Avropa – Yaxın Şərq – Afrika (CEMEA) regionu üzrə prezidenti Əndryu Torre bunları söyləyib: “Kristinanı Ukrayna, Gürcüstan, MDB və CŞA ölkələri regionunun yeni başçısı qismində salamlamağa çox şadıq. 20 ildən artıq maliyyə sektoru təcrübəsinə, o cümlədən Visa-da 9 illik iş stajına malik Kristinanın zəngin liderlik səriştəsi ödəmələrdə innovasiyaları sürətləndirməyə kömək edəcək. İnanılmaz tərəqqi və olduqca geniş imkanlarla səciyyələnən hazırkı dövrdə Krisitina, iddialı yerli komandalarımızla birgə, bazarın böyüməsinə və strateji dövlət və özəl tərəfdaşlıqların inkişafına doğru təsirli irəliləyişlərə imza atacaq.” 

“Visa biznes əməliyyatları üçün böyük məsuliyyəti qəbul edərək, daha geniş miqyasda müştəri və tərəfdaşlarımızla sıx işbirliyi qurmağa, regionda yenilikçi ödəmə həllərinin sayını artırmağa və Visa-nın innovativ şəbəkəsi vasitəsilə sürətli, təhlükəsiz və rahat pul hərəkətini təmin etməyə səy göstərəcəm”, – deyərək Kristina Doroş,  Visa-nın Ukrayna, Gürcüstan, MDB və CŞA regionunda baş vitse-prezidenti və regional meneceri qeyd edib.

Visa rəqəmsal ödənişlər sahəsində dünya lideridir və dünyanın 200-dən çox ölkə və ərazisində istehlakçılar, biznes, maliyyə və hökumət təşkilatları arasında həyata keçirilən maliyyə əməliyyatlarını dəstəkləyir.

spot_imgspot_img

Oxşar xəbərlər

Azərbaycanda “E-KOB Evi” yaradılır

Azərbaycanda "E-KOB Evi"nin yaradılması üzərində işlər artıq yekunlaşmaq üzrədir. Bunu...

“Bitcoin”in qiyməti 100 000 dollar həddini keçdi

"Bitcoin"in qiyməti 100 min dolları keçərək tarixi maksimumunu yeniləyib. Bunu...

“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası

Dünyanın aparıcı elektron ticarət platformalarından biri və Türkiyənin aparıcı...

Trendyol 1 milyard dollar investisiya axtarır

Türkiyənin ən böyük e-ticarət platformalarından biri olan Trendyol, böyüməsini...

Mərkəzi Bankın xüsusi tənzimləmə rejimi: maliyyə sektorunda innovativ məhsulların sınaqdan keçirilməsində yeni dövr

Mərkəzi Bank maliyyə bazarlarında innovasiyaların inkişafını dəstəkləmək məqsədilə cari...
spot_img