Azərbaycanlı gəncdən Amerikada süni intellekt əsaslı hədiyyə platforması

Süni intellekt texnologiyası ilə dəstəklənən və istifadəçilərə ideal hədiyyə seçimlərini sadə suallarla təklif edən Giftarex.com rəsmi olaraq fəaliyyətə başladı. Platforma, “Kimə nə hədiyyə alım?” sualına cavab tapmaqda çətinlik çəkən insanlar üçün sürətli, intuitiv və fərdiləşdirilmiş həll təqdim edir.

Giftarex istifadəçidən cəmi 7 addımda məlumat alaraq,60 saniyə ərzində AI modelləri əsasında fərdiləşdirilmiş hədiyyə təklifləri yaradır. Seçimlər yaş, münasibət, maraqlar və büdcəyə uyğun şəkildə avtomatik təqdim olunur.

“İnsanlar hər zaman sevdiklərinə doğru hədiyyəni tapmaqda çətinlik çəkiblər. Biz bu prosesi həm emosional, həm də texnoloji baxımdan sadələşdirmək istədik,” – deyə Giftarex.com qurucusu Fərid Məhərrəmli bildirib.

🔍 Əsas Xüsusiyyətlər:

  • AI əsaslı sorğu ilə fərdi təkliflər
  • İstifadəçi təcrübəsinə əsaslanan məhsul tövsiyə sistemi
  • Sadə, sürətli və mobil uyğun interfeys
  • Amazon və digər platformalarla inteqrasiya
  • Ödənişsiz və limitsiz istifadə imkanı

Platforma ilkin mərhələdə ABŞ bazarında istifadəyə verilsə də, yaxın aylarda digər ölkələrdə də aktivləşdirilməsi planlaşdırılır.

Giftarex, texnologiya və insan münasibətləri arasında körpü quraraq, hədiyyə tapma prosesini daha ağıllı və mənalı etməyi hədəfləyir. Platforma Fərid Məhərrəmli və Elçin Nağıyev tərəfindən təsis edilibdir.

🔗 Daha ətraflı məlumat və istifadə üçün: https://giftarex.com

spot_imgspot_img

Oxşar xəbərlər

OpenAI maliyyə sektoru üçün xüsusi ChatGPT versiyasını təqdim etdi

OpenAI investisiya bankçılığı və səhm araşdırmaları üçün nəzərdə tutulan ChatGPT for Financial Services məhsulunu istifadəyə verib.

Hindistan 620 milyard dollarlıq korporativ istiqraz bazarını tokenləşdirir

Hindistan 620 milyard dollarlıq korporativ istiqraz bazarını rəqəmsal rupi ilə tokenləşdirməyə başlayıb. Layihə qlobal maliyyə sektorunda blokçeyn tətbiqləri üçün model rolunu oynaya bilər.

Ripple korporativ xəzinə idarəçiliyinə süni intellekt agentlərini gətirir

Ripple 1 milyard dollarlıq korporativ xəzinə məhsuluna süni intellekt agentlərini inteqrasiya edib.

Ozon Saratov anbarına pilotsuz uçuş aparatları ilə hücum olduğunu bildirdi

Rusiyanın iri marketplace platforması Ozon Saratovdaki anbarına pilotsuz uçuş aparatları ilə hücum olduğunu elan edib.

Yaponiya orbitdə süni intellektə malik peyklər hazırlayacaq

Yaponiya kəşfiyyat məlumatlarını orbitdə təhlil edən süni intellektli peyklər hazırlamağı planlaşdırır.
spot_img