KidFi – Maliyyə savadlılığını gücləndirən platforma

Startap sahəsində təcrübəsi olan Asif İbrahimov, bu günə qədər 10-a yaxın layihənin başında olub. Hər biri ona qiymətli təcrübələr qazandırıb ki, bunları sonrakı layihəsində – KidFi startapında tətbiq edib. A.İbrahimov bildirib ki, onun əvvəlki layihələri müxtəlif sahələri – idmanı, təhsili, psixologiyayı əhatə edib: “İlk startapım oyun sektorunda idi. Bu sahədəki boşluğu və cəmiyyətin bu sahəyə olan marağını gördük. Bu startap uğurlu oldu və biz onu dövlətə satdıq. Digər layihələrim isə ölkənin rəqəmsallaşmasının hələ tam formalaşmamış olması səbəbindən uğursuz oldu. Bununla belə, hər bir uğursuzluq sonrakı startap üçün dəyərli dərslər verir. Uğursuzluq, növbəti layihənizdə nələri edib-etməməli olduğunuzu aydınlaşdırır”.

“Maliyyə savadlılığı uşaq yaşlarından öyrənilməlidir”

A.İbrahimov əvvəlki təcrübələrindən də söz açıb: “İlk olaraq bu sahə üçün uyğun, startap və investisiya nə olduğunu bilən, startapın mənsub olduğu sahəni dərk edən təsisçi seçməyin vacibliyini öyrəndim. Həmçinin, uğurlu bir startap üçün müxtəlif bacarıqlara malik, eyni məqsədə yönəlmiş komanda toplamağın əhəmiyyətini gördüm. Startaplarda investorların təzyiqləri ilə tələsmədən, düşünülmüş addımlar atmağın mühüm olduğunu öyrəndim. Tez nəticələr əldə etməyə çalışmaq, əslində uğurlu bir startap qurmağa mane olur”.

“KidFi” platforması maliyyə savadlılığının təbliğinə kömək edir: “Maliyyə savadlılığının uşaqlıqdan öyrənilməsi lazımdır. Doğru əsas qoyulduqda insan özünü inkişaf etdirə bilər. Bizdə orta təhsildə maliyyə savadlılığı tədris edilmir. Nəticədə insanlar maliyyə idarəetmə və investisiya qabiliyyətlərini inkişaf etdirə bilmirlər. Bu günün dünyası investisiyalara söykənir. Müxtəlif investisiya metodları mövcuddur və maliyyə savadlılığı bu kontekstdə əhəmiyyətlidir”.

“KidFi” platforması, maliyyə biliklərini oyunlaşdırma yolu ilə, uşaqlara maliyyə savadlılığını öyrədir: “Tətbiqimizi yükləyən uşaqlar əyləncəli videolarla maliyyə bacarıqlarını artırır. Valideynlər rəqəmsal cüzdan yaradaraq uşaqlarına müxtəlif tapşırıqlar verə bilərlər. Uşaqlar öyrənərkən mükafatlar qazanır və qazandıqları bonusları bazarda endirimlər və hədiyyələrlə dəyişə bilərlər. KidFi, interaktiv dərslər, real mükafatlar və rəngarəng interfeys vasitəsilə öyrənmə prosesini daha maraqlı edir”.

spot_imgspot_img

Oxşar xəbərlər

Portcoin fəaliyyətini dayandırdı – İstifadəçilərin vəsaiti geri qaytarılacaq

Portcoin üzrə Azərbaycan Mərkəzi Bankı tərəfindən tətbiq edilmiş Xüsusi...

Bolt Azərbaycanda ilk sahibkarlıq akselerasiya proqramını elan etdi

Texnoloji nəqliyyat platforması Bolt, Azərbaycanda fəaliyyət göstərən sürücü və...

Whelp və CibPay əməkdaşlığa başlayıb

Azərbaycanın süni intellekt texnologiyaları sahəsində fəaliyyət göstərən aparıcı şirkətlərindən...

Azərbaycan bankları ödənişlərdə “Az-QR” standartına keçəcək

Azərbaycanda bütün ödəniş nöqtələrində alıcılara "QR"la ödənişlər təklif ediləcək. Bu...

Pasha Holding Sea Breeze ərazisində çatdırılma üçün yeni mobil tətbiq istifadəyə verib

İT innovasiya sahəsində fəaliyyət göstərən Competo MMC (Paşa Holdinqin...
spot_img