Azərbaycanda “E-Şikayət” sistemində karqo üzrə şikayətlər qəbul olunacaq

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) “E-Şikayət” sisteminin imkanlarını genişləndirir.

Bu barədə İKTA məlumat yayıb.

Bildirilir ki, artıq vətəndaşlar adıçəkilən sistem üzərindən xidmətindən narazı qaldıqları poçt (karqo) rabitəsi operatorlarından tənzimləyici quruma şikayət edə biləcəklər. Bunun üçün istifadəçilər əvvəlki qaydada müvafiq link vasitəsilə “E-Şikayət” sisteminə daxil ola bilərlər. İstifadəçilər “İdentifikasiya nömrəsi ilə” bölməsinə daxil olduqdan sonra avtomatik olaraq “Abunəçi” səhifəsinə yönləndirilirlər. Daha sonra isə vətəndaş üçün avtomatik yaradılmış “Abunəçi kabineti”ndən müraciət və ya şikayəti tənzimləyici qurum olan İKTA-ya ünvanlamaq imkanı əldə edilir.

Hazırda həm də “E-Şikayət” sistemi vasitəsilə internet, telefon rabitəsi, mobil internet və mobil telefon kimi telekommunikasiya xidmətləri üzrə də müraciətlərin qəbulu həyata keçirilir.

Ötən ilin noyabrında yaradılan “E-Şikayət” sistemi üzrə indiyə qədər 600-dən artıq müraciət daxil olub və onların böyük əksəriyyəti müsbət həllini tapıb.

spot_imgspot_img

Oxşar xəbərlər

Fermerlər pambığın pulunu ala bilmir: Nazirlik mövqeyini açıqladı

Kənd Təsərrüfatı Nazirliyi pambıq məhsulunun dəyərini ala bilməyən fermerlərin müraciətlərinə dair açıqlama verib. Ödəniş gecikmələri davam edir.

Epoint platformasının sahibi nizamnamə kapitalını 89% artırıb

Epoint elektron ödəniş platformasının sahibi Global Innovations MMC nizamnamə kapitalını 89 faiz artırıb. Kapital 1 milyon 275,2 min manata çatdırılıb.

Bitcoin və ether sahiblərinə süni intellekt hücumlarına qarşı bunker rejimi tövsiyəsi

Ethereum tədqiqatçıları süni intellektin kriptoqrafik imzaları aylarla poza biləcəyi barədə xəbərdarlıq edib. Bitcoin 83 min dollardan aşağı düşüb.

Amazon Prime oktyabr ayı üçün pulsuz oyun siyahısını elan etdi

Amazon Prime oktyabr ayı üçün pulsuz oyun siyahısını elan edib. Abunəçilər 10 yeni oyun əldə edə biləcəklər.

Uber Türkiyəyə investisiyasını 500 milyon dollara çatdırır

Uber Türkiyədəki investisiya hədəfini 500 milyon dollara çatdırıb. Şirkət İstanbulda texnologiya mərkəzi qurub.
spot_img