“KARGOMAT” – Eticarət bağlamalarının çatdırılmasında yenilik

Azərbaycanda onlayn ticarətin və alış-verişin sürətlə yayıldığı bir vaxtda, bu sahədə yeni ideyalar və biznes üsulları ortaya çıxır. Bu məqsədlə karqo və internet sifarişlərinin avtomatlaşdırılmış poçt qutularından növbəsiz və kontaktsız götürülməsini təmin edən yeni startap fəaliyyətə başlayıb. 

Yeni layihə indiyədək kuryerlər vasitəsilə birbaşa evə çatdırılan daşımaları əvəz etməlidir. 

Sifarişlər evə deyil, xüsusi poçt qutularına gətirilir

Layihənin ideyası Bakının və respublikanın digər şəhər və rayonlarının müxtəlif yerlərində avtomatlaşdırılmış karqo poçt qutularının quraşdırılmasından ibarətdir. Bu qutular bir növ terminal və ya avtomatik poçt qutussu rolunu oynayır. Adi poçt qutularından fərq ondan ibarətdir ki, bu qutulan istənilən şəxsə gələn yüklər götürülə bilər. 

“Kargomat” – avtomatlaşdırılmış poçt qutusu sayılır. Hər hansı bir şəxsin sifarişləri və vətəndaşlar bu qurğulara çatdırılır, sifarişin sahibi isə onu bu qutudan götürə bilər. Xidmətə qoşulan karqo şirkətləri və internet mağazalar texniki işlər bitəndən sonra sifarişlərini KARGOMAT-ı idarə edən şirkərə təhvil verilir və müştərilərin seçiminə uyğun olaraq hansı “Kargomat”ı seçibsə sifarişi ora qoyulur.

Ümumiyyətlə,müştəri hansı karqo şirkətinin və ya internet mağazanın xidmətindən faydalanırsa, sifarişləri alıcı şəxsi kabinetindən istədiyi “Karqomat“ terminalına göndərə bilər. Göndərilmə baş verdiyi halda, əgər müştəri bu prosedura həyata keçiribsə bu məlumat sistemə düşür: «Sifariş «Kargomat» terimnalına yerləşdiriləndən sonra bu barədə müştəriyə SMS göndərilir, SMS-də altırəqəmli şifrə olur. Müştəri terminala yaxınlaşaraq şifrəni daxil edir və avtomatik olaraq məhz ona məxsus qapısı açılır və müştəri oradan öz sifarişini götürür.

Sözü gedən layihə artıq bir ildir ki, fəaliyyətdədir və xeyli sayda istiadəçisi də mövcuddur.

Pandemiyadan əvvəl fikirləşmişdilər, indi işə saldılar

«Kargomat»ın ideyası əslində pandemiyadan əvvəl yaranıb. Lakin, pandemiya bu işləri gecikdirib. Bu layihənin yaradılmasında məqəd isə insanlara yeni nəsil bir çatdırılma növünü təqdim edilməsi olub.

Söhbət ondan gedir ki, bu variantda insanların evinə kuryer gəlmir, eləcə də müştərinin özünün hansısa ofislərə, karqo şirkətlərinə, ya da mağazalara getməsinə ehtiyac qalmır, onlar öz sifarişlərini onlara yaxın «Karqomat-lardan götürə bilirlər. 

İnternet mağazaları üçün yeni imkan 

Hazırda layihənin iki növ tərəfdaşları var – bunlar karqo şirkətləri və internet mağazalar, elektron ticarətlə məşğul olan kiçik və orta sahibkarlardır. 

«Sədərək Ticarət Mərkəzinə» getmək lazım olmayacaq – çatdırırlar

«Karqomat»ın ən maraqlı tətbiq istiqaməti «Sədərək Ticarət Mərkəzi»ndən malların gətirilməsidir. Şirkət rəhbərinin sözlərinə görə «Sədərək Ticarət Mərkəzində» iş adamları ilə müqavilələr bağlanılır və artıq o dükanlardan da sifarişləri «Karqomat»dan əldə etmək olar. 

Ən maraqlı hissə – qiymətlər 

Hər  bir “Kargomat” terminalında üç fərqli ölçüdə qutu var: kiçik, orta və böyük.

Bakı daxili çatdırılma qiymətləri karqo şirkətləri üçün 68 qəpikdən 90 qəpiyədək, internet mağazaları üçün isə 1,69  manatdan 2,94 manatadək dəyişir. Çatdırılma isə sifariş verilən andan etibarən 30 dəqiqə ilə 4 saat arasında dəyişir.

4 saat ərzində bütün sifarişlər terminallara yerləşdirilir: «Burada növbə yoxdur. Karqo şirkətlərində olduğu kimi, növbə gözləmirlər. Demək olar ki, bütün terminallar 7/24 prinspi ilə çalışır». Terminallar supermarketlərdə, iş mərkəzlərində, vağzallarda, insanların ən çox olduğu, vaxtlarını keçirdiyi yerlərdə quraşdırılır.

Qeyd edək ki, belə prinsiplə işləyən startaplar indiyədək dünyanın bir çox ölkələrində (Avropa, Amerika) tətbiq olunub.

Kargomat layihəsinin həyata keçməsində KOBİA-nın dəstəyi var.

spot_imgspot_img

Oxşar xəbərlər

Türkiyədə e-ticarət həcmi 2023-cü ildə 1,85 trilyon lirəyə çatıb

Türkiyədə e-ticarət həcmi 2023-cü ildə 1,85 trilyon lirəyə çatıb....

Google Hindistanın e-ticarət nəhəngi Flipkarta 350 milyon dollar sərmayə qoyur!

Bengaluru mərkəzli Flipkart, Android istehsalçısı Google ilə razılaşmanın bir...

Amazon Böyük Britaniyada mikromobil mərkəzləri qurur

Amazon, Böyük Britaniyadakı müştərilərə çatdırılmanı daha efekktiv etmək üçün...

LC Waikikidən yeni lcw.com marketplace təqdim edilib

LC Waikiki, İstanbul Rəqəmsal Təcrübə Muzeyində öz e-ticarət saytı...

Umico-ya yeni rəhbər təyin edilib

Competo MMC-nin rəhbərliyində dəyişiklik baş verib. Belə ki, Competo...
spot_img