“Havada nəsə var”: Apple bu həftə yeni cihazını təqdim etməyə hazırlaşır

Apple-ın rəhbəri Tim Kuk X sosial şəbəkəsində cəmi altı saniyəlik bir tizer paylaşıb. Videoda yalnız bir cümlə yer alıb – “There’s something in the air” (Havada nəsə var), paylaşım isə “Bu həftə” (3 mart 2025-ci ildən etibarən) başlığı ilə qeyd edilib. Kuk əlavə heç bir detalları açıqlamayıb.

Mənbə: Tim Kuk-un X hesabı.

The Verge-in ehtimallarına görə, Apple yenilənmiş MacBook Air modellərini təqdim etməyə hazırlaşır. Bloomberg-in analitiki Mark Qurman bildirib ki, şirkət 13 və 15 düymlük MacBook Air-ləri M4 çipi ilə artıq 2025-ci ilin mart ayında təqdim edə bilər.

Bundan əlavə, jurnalistin məlumatına əsasən, Apple yaxın zamanda iPad Air modelini də satışa çıxarmağı planlaşdırır. Bu cihazın iPhone 16e modelinin təqdimatına yaxın bir tarixdə elan olunacağı gözlənilir. Xatırladaq ki, Apple iPhone 16e-ni 19 fevral 2025-ci ildə təqdim edib.

spot_imgspot_img

Oxşar xəbərlər

Azərbaycanda “Süni İntellektə Hazırlıq İndeksi” hazırlanacaq

Azərbaycanda 2027-ci ilin iyun ayına kimi dövlət "Süni İntellektə...

Azərbaycanda rəqəmsal inkişafın sürətləndirilməsinə dair üçillik Fəaliyyət Planı təsdiqlənib

Azərbaycanda rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026-2028-ci illər üçün Fəaliyyət Planı təsdiqlənib. "Report" xəbər...

Azərbaycanda süni intellekt təhlükəsizliyinə dair tələblər formalaşdırılır

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti süni intellekt...

Azərbaycan Mərkəzi Bankı Rəqəmsal Valyuta Platforması tətbiq edəcək

Azərbaycan Mərkəzi Bankının Rəqəmsal Valyuta Platforması tətbiq etməsi və...
spot_img