Hakerlər Bybit-in soyuq cüzdanlarından birini sındıraraq 1,46 milyard dollar oğurlayıb

Bybit-dən şübhəli vəsait axınına ilk diqqət çəkənlərdən biri “kriptoaraşdırmaçı” ZachXBT olub. Daha sonra mənbələri məlumat verib ki, hakerlər təhlükəsizlik boşluğundan istifadə edərək ETH vəsaitlərini naməlum cüzdana çıxarıb, ardından onları müxtəlif ünvanlara bölməyə başlayıblar. ZachXBT mübadilə platformalarını həmin ünvanları qara siyahıya salmağa çağırıb.

Bybit-in rəhbəri Bən Çjou bir soyuq cüzdanın sındırıldığını təsdiqləyib. Onun sözlərinə görə, digər cüzdanlar, o cümlədən isti cüzdanlar təhlükəsizdir. Çjou vurğulayıb ki, platforma maliyyə cəhətdən sabitdir və itkiləri öz vəsaitləri hesabına ödəmək iqtidarındadır. Müştəri aktivləri 1:1 nisbətində təmin olunub.

Bybit hadisəni müstəqil ekspertlərin iştirakı ilə araşdırır və istənilən dəstəyə açıq olduğunu bildirib. Araşdırmaların nəticələri daha sonra paylaşılacaq.

The BlockCoindesk-ə görə, bu, mərkəzləşdirilmiş kriptobirjalara edilən ən böyük və ya ən iri hücum ola bilər. Müqayisə üçün, 2018-ci ildə Coincheck birjasından 534 milyon dollar (o dövrün məzənnəsi ilə), Mt.Gox birjasından 470 milyon dollar, FTX-dən isə 415 milyon dollar oğurlanmışdı.

Hadisənin fonunda ETH qiyməti enib. 21 fevral 2025-ci il, saat 19:20 (Bakı vaxtı) etibarilə bir ETH tokeninin qiyməti 2820 dollar idisə, xəbər yayıldıqdan sonra 2708 dollar-a düşüb.

spot_imgspot_img

Oxşar xəbərlər

“AniPay” mobil tətbiqi və anipay.az saytının fəaliyyəti dayandırılır

Mərkəzi Bank tərəfindən 4 mart 2026-cı il tarixindən etibarən...

Azərbaycanda “Süni İntellektə Hazırlıq İndeksi” hazırlanacaq

Azərbaycanda 2027-ci ilin iyun ayına kimi dövlət "Süni İntellektə...

Azərbaycanda rəqəmsal inkişafın sürətləndirilməsinə dair üçillik Fəaliyyət Planı təsdiqlənib

Azərbaycanda rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026-2028-ci illər üçün Fəaliyyət Planı təsdiqlənib. "Report" xəbər...

Azərbaycanda süni intellekt təhlükəsizliyinə dair tələblər formalaşdırılır

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti süni intellekt...

Azərbaycan Mərkəzi Bankı Rəqəmsal Valyuta Platforması tətbiq edəcək

Azərbaycan Mərkəzi Bankının Rəqəmsal Valyuta Platforması tətbiq etməsi və...
spot_img