Epoint və United Payment arasında Memorandum imzalandı

(®) Global Innovations (Epoint) və United Payment arasında qarşılıqlı maraqlara əsaslanan yeni əməkdaşlıq barədə Memorandum imzalanıb. Bu razılaşma çərçivəsində tərəflər müştərilərə innovativ ödəniş həlləri təqdim etmək məqsədilə bir sıra sahələrdə birgə fəaliyyət göstərəcəklər.

Əməkdaşlığın əsas məqsədi rəqəmsal ödəniş infrastrukturunu daha da gücləndirmək, sahibkarlara və istifadəçilərə çevik, təhlükəsiz və çoxkanallı ödəniş xidmətlərini təqdim etməkdir.

Memorandumun əsas istiqamətləri aşağıdakılardır:

1. Nağd vəsaitlərin yığılması xidmətləri

– Nağd vəsaitlərin qəbulunu təmin edən terminalların inteqrasiyası və bu xidmətlərin son istifadəçilərə təqdim olunması

– Nağd vəsaitlərin toplanması üzrə hesablaşmaların həyata keçirilməsi

2. Ekvayrinq xidmətləri

– Bank kartları ilə ödənişlərin qəbul olunması və köçürülməsi üzrə texniki inteqrasiya və xidmətlərin təqdim olunması

– Token və biometrik ödənişlərin qəbul edilməsi və köçürülməsi

– Mobil POS həllərinin təqdim olunması

– Elektron cüzdanlar vasitəsilə ödənişlərin qəbulu və emalı

– Kredit və taksit kartları ilə hissəli ödənişlərin qəbulu

– Ekvayrinq xidmətləri üzrə hesablaşmaların aparılması

Bu strateji əməkdaşlıq həm Epoint, həm də United Payment üçün texnoloji sinerji yaradaraq, tərəfdaş şəbəkəsini genişləndirmək və son istifadəçilərə daha yüksək səviyyədə xidmət göstərmək məqsədi daşıyır.

“Biz bu əməkdaşlığı ödəniş sənayesində yeni bir mərhələnin başlanğıcı kimi qiymətləndiririk. Məqsədimiz — sahibkarlara innovativ ödəniş vasitələri təqdim etmək və bazarda rəqabət üstünlüyü qazandırmaqdır.”, – deyə Global Innovations şirkətinin rəhbəri Zeynal Kərimzadə qeyd edib.

“Bu Memorandumun məqsədi, ölkəmizin maliyyə texnologiyaları sahəsindəki əməkdaşlıqların gücləndirilməsi, innovativ ödəniş alətlərinin daha geniş, dayanıqlı və təhlükəsiz istifadəsini təmin etməkdir” – deyə United Payment şirkətinin rəhbəri Edqar Abdullayev qeyd edib.

1. Ətraflı məlumat üçün:       

epoint.az     

+99470 242 99 66     

 info@epoint.az     

2. Ətraflı məlumat üçün: 

 unitedpayment.az

 +99451 201 69 26

 info@unitedpayment.az

spot_imgspot_img

Oxşar xəbərlər

“AniPay” mobil tətbiqi və anipay.az saytının fəaliyyəti dayandırılır

Mərkəzi Bank tərəfindən 4 mart 2026-cı il tarixindən etibarən...

Azərbaycanda “Süni İntellektə Hazırlıq İndeksi” hazırlanacaq

Azərbaycanda 2027-ci ilin iyun ayına kimi dövlət "Süni İntellektə...

Azərbaycanda rəqəmsal inkişafın sürətləndirilməsinə dair üçillik Fəaliyyət Planı təsdiqlənib

Azərbaycanda rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026-2028-ci illər üçün Fəaliyyət Planı təsdiqlənib. "Report" xəbər...

Azərbaycanda süni intellekt təhlükəsizliyinə dair tələblər formalaşdırılır

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti süni intellekt...

Azərbaycan Mərkəzi Bankı Rəqəmsal Valyuta Platforması tətbiq edəcək

Azərbaycan Mərkəzi Bankının Rəqəmsal Valyuta Platforması tətbiq etməsi və...
spot_img