AZAL Naxçıvana aviabiletlərin onlayn alışında “SİMA İmza”nı tətbiq edir

Azərbaycanın milli aviadaşıyıcısı “Azərbaycan Hava Yolları” QSC (AZAL) oktyabrın 1-dən etibarən Naxçıvan istiqamətində aviabiletlərin onlayn alışı zamanı SİMA rəqəmsal imza tətbiq etməyə başlayacaq.

Bu yenilik sözügedən istiqamət üzrə aviabiletlərin əldə edilməsi prosesinin rəqəmsallaşdırılması və şəffaflığın artırılması məqsədini daşıyır.

Artıq AZAL-ın rəsmi internet saytı və mobil tətbiqi vasitəsilə bilet almaq istəyən sərnişinlər yalnız “SİMA İmza” ilə şəxsiyyətlərini təsdiq etdikdən sonra əməliyyatı həyata keçirə biləcəklər. Bu sistem yüksək təhlükəsizlik standartlarına cavab verir və bütün əməliyyatlar müasir texnoloji həllərlə qorunur.

Şəxsiyyətin təsdiqlənməsi prosesi AZAL-ın sisteminə tamamilə inteqrasiya olunub. Saytda bilet alarkən sərnişinlər “SİMA İmza” ilə QR-kodu oxudaraq şəxsiyyətlərini təsdiqləyəcəklər. Mobil tətbiq vasitəsilə biletin alınması zamanı isə sərnişinlər “SİMA İmza” tətbiqinə keçid edəcək və prosesi tamamladıqdan sonra bileti əldə edə biləcəklər. Qeyd olunan tədbirlər Naxçıvan istiqamətində onlayn bilet alışının artmasına töhfə verəcək.

Qeyd edək ki, bir neçə sərnişin üçün bilet əldə edərkən sərnişinlərdən yalnız bir nəfərin “SİMA İmza” ilə təsdiq prosesindən keçməsi kifayətdir.

“SİMA İmza”dan istifadə etmək üçün sərnişinlər öncə SİMA tətbiqini yükləyib qeydiyyatdan keçməlidirlər. Proses cəmi bir neçə dəqiqə çəkir. Bundan sonra Bakı-Naxçıvan-Bakı marşrutu üzrə reyslərə aviabiletləri asanlıqla onlayn almaq mümkün olacaq. SİMA tətbiqində qeydiyyatla bağlı videotəlimat: https://www.youtube.com/watch?v=XWvnIORg1_E

Oktyabrın 1-dən Naxçıvan istiqamətində səyahət etməyi və aviabiletləri onlayn əldə etməyi planlaşdıran sərnişinlərə SİMA tətbiqini əvvəlcədən yükləmək və qeydiyyatdan keçmək tövsiyə olunur. Yenilik yalnız Azərbaycan vətəndaşlarına şamil olunur.

“SİMA İmza” sistemi bulud və üztanıma texnologiyalarına əsaslanan yeni nəsil gücləndirilmiş rəqəmsal imzadır.

spot_imgspot_img

Oxşar xəbərlər

Synchrony ChatGPT pluginini təqdim etdi: alış-verişdə yeni dövr

Synchrony, alış-veriş edənlərə endirimlər və təkliflər tapmağa imkan verən ChatGPT pluginini istifadəyə verib.

Bitcoin 200 həftəlik trend xəttini itirdi: 2022 bazar ayısı təkrarlanırmı?

Bitcoin, 200 həftəlik hərəkətli ortalamanın altında bağlanış edərək 2022-ci il ayı bazarını xatırladır. Treyderlər daha da eniş gözləyir.

Feedly performans problemlərini bug ilə əlaqələndirir, AI dəyişikliyi ilə deyil

Feedly, son həftəki performans problemlərinin bug səbəbindən olduğunu bildirir, AI keçidi ilə əlaqəsi yoxdur.

Nairobi 2026-cı il Rəqəmsal Ticarət Konqresinə ev sahibliyi edəcək

Nairobi, 2026-cı il Rəqəmsal Ticarət Konqresinə ev sahibliyi edəcək. Keniya rəqəmsal ticarət mərkəzi kimi mövqeyini gücləndirir.

Sonic Fire Tech: səs dalğaları ilə yanğın söndürən startup 15 milyon dollar cəlb edib

Sonic Fire Tech, səs dalğaları ilə yanğın söndürən texnologiyası üçün 15 milyon dollar investisiya cəlb edib.
spot_img