eBay Certilogo ilə Digital ID-dən istifadə edərək Yeni Satış Texnologiyasını Təqdim edib

eBay istifadəçilərin yenidən satış üçün geyimləri daha asan satışa çıxara bilmələri üçün, “eBay-də sat” adlı yeni funksiyanı işə salıb.

Bu xüsusiyyət, süni intellektdən (AI) istifadə edərək geyim əşyalarının rəqəmsal identifikasiyası və autentifikasiyasını təmin edən Certilogo texnologiyasından istifadə edərək işləyəcək. eBay Certilogo-nu 2023-cü ildə alıb.

“eBay-də Satış” necə işləyəcək?
eBay istifadəçisi məhsul etiketindəki QR kodunu skan etdikdə, “paltarı yenidən sat” düyməsini görəcək. Düyməni basdıqdan sonra eBay hesabından istifadə edərək Certilogo sistemi vasitəsilə məhsulun həqiqiliyini yoxlaya biləcəklər.

Doğrulama prosesi başa çatdıqdan sonra eBay avtomatik olaraq məhsul haqqında məlumatların, əvvəlcədən doldurulmuş siyahısını yaradacaq. İstifadəçi daha sonra siyahını dərc etməzdən əvvəl, onu redaktə edə və ya əlavə məlumat əlavə edə biləcəyi yerə yönləndiriləcək.

Save The Duck ‘eBay-də Satış’ funksiyasını sınaqdan keçirən ilk pərakəndə satıcı olub.

“Bu yeni “eBay-də sat” funksiyası Certilogo-nun innovasiyaları və məhsullarının təkamülü üçün təbii növbəti addımdır” Certilogo-nun baş direktoru və təsisçisi Michele Casucci deyə qeyd edib. Təhlükəsiz rəqəmsal kimliklərimizə artıq qoşulmuş 540 milyon məhsulla, fiziki və rəqəmsal dünyaları birləşdirən təcrübə yaratmağa kömək etməklə brendləri gücləndirmək bizim missiyamızdır. “Məhsullarınızı təhlükəsiz şəkildə asanlıqla təkrar sata bilmək dövrü alış-veriş təcrübəsini hər kəs üçün daha əlçatan edir.” – deyə, əlavə edib.

spot_imgspot_img

Oxşar xəbərlər

Bayram həftəsində e-ticarət səhmlər indeksi zəifləyib

2025-ci ilin bayram mövsümündə qlobal e-ticarət səhmlər indeksi zəifləmə...

OpenAI Google ilə rəqabətin kəskinləşməsi fonunda GPT-5.2-ni təqdim edib

Dekabrın əvvəlində Sem Altman şirkətdə “Qırmızı Kod” elan edərək...

TerraUSD-nin yaradıcısı Do Kvon 15 il həbs cəzasına məhkum edilib

NBC News-un yazdığına görə, hökmü elan edən hakim Do...

Financial Times Nvidia-nın rəhbəri Jensen Huang-ı ilin adamı seçib

Bundan bir gün əvvəl Time jurnalı ilin “adamları” kimi...
spot_img