Azərbaycanda 25 milyon dollarlıq SABAH.fund vençur fondu yaradıldı

SABAH.HUB İnnovasiya Mərkəzi 25 milyon dollarlıq vençur kapital fondu olan “SABAH.fund”-ın yaradılmasını böyük qürurla elan edir. Fond, Mərkəzi Asiya, Yaxın Şərq və Şimali Afrika (MENA) regionlarını əhatə edən ilk vençur kapital fondu olaraq ilkin investisiya mərhələsinin bağlanışında (“first close”) 11 milyon dollar cəlb etməklə Azərbaycanın ən böyük vençur kapital fonduna çevrilmişdir.

“SABAH.fund”-ın əsas tərəfdaşları Rəhim Bayramlı və Abbas Kazmidir, investorları arasında isə “Moonwake Investment”, SOCAR, “Integrity Group”, Azərbaycan İnvestisiya Şirkəti və digər şirkətlər yer alır. “SABAH.fund” sərhədləri aşan bir vençur kapital fondu olaraq, SABAH.HUB İnnovasiya Mərkəzinin “Techplomacy” təşəbbüsünə dəstək vermək məqsədi daşıyır. Fond innovativ sahibkarları dəstəkləyərək, əsas sahələrdə və sürətlə inkişaf edən regionlarda texnoloji irəliləyişlərə təkan verməyi hədəfləyir.

Fondun investisiya strategiyasına görə birinci dərəcəli sahələr “FinTech”, “CleanTech” və “EdTech”-dir. İkinci dərəcəli sahələr isə rəqəmsal sağlamlıq, “AgriTech”, “PropTech” və “LogisticsTech”-dir. SABAH.fund regionda ən perspektivli və yenilikçi texnologiya startaplarına toxumdan əvvəlki (pre-seed) və toxum (seed) mərhələlərində investisiya edəcəkdir.

Fondun idarə olunması geniş təcrübəyə malik olan Rəhim Bayramlı və Abbas Kazmi tərəfindən həyata keçirilir. Rəhim Bayramlı, SABAH.HUB İnnovasiya Mərkəzinin icraçı direktorudur. O, London İqtisadiyyat Məktəbinin (LSE) məzunu olaraq, əvvəllər McKinsey-də strateji məsləhətçi kimi çalışmış, həmçinin “Push30” və “LANDAU School” kimi bir neçə uğurlu layihənin həmtəsisçisidir. Abbas Kazmi isə “Forbes 30 Under 30”, “Maserati 100” kimi nüfuzlu mükafatlarla təltif olunmuş sahibkar və vençur kapital investorudur. O, həmçinin Oksford Universitetinin məzunu və Saïd Biznes Məktəbində Sahibkarlıq Eksperti kimi fəaliyyət göstərmişdir.

Rəhim Bayramlı fondun gələcəyi ilə bağlı fikirlərini bölüşüb: “SABAH.fund qlobal ambisiyaları olan şirkətləri dəstəkləməyə sadiqdir. Məqsədimiz Qafqaz, Orta Asiya və “MENA” regionlarında texnologiya və təhsil üçün innovasiya körpüləri qurmaqdır.” Abbas Kazmi isə qeyd edib ki: “SABAH.fund, investorlar üçün həm yüksək maliyyə gəlirləri əldə etməyi, həm də əhəmiyyətli tarixi dəyişikliklərə səbəb olmağı hədəfləyir.”

SABAH.HUB İnnovasiya Mərkəzi, üç illik fəaliyyət dövründə yüzlərlə startapın inkişafına dəstək olmuş və minlərlə şəxsin innovasiya ekosistemi haqqında məlumatlanmasını təmin etmişdir. SABAH.HUB-ın əsas missiyası, vençur kapitalı və insan kapitalının inkişafı vasitəsilə startap ekosistemini böyütməkdir. SABAH.fund-ın istifadəyə verilməsi isə innovativ həlləri tam şəkildə dəstəkləməyə hazır olduğumuzu göstərir. Daha ətraflı məlumat üçün: sabahhub.com/fund

spot_imgspot_img

Oxşar xəbərlər

MoneyGram CEO-su: blokçeyn ən yaxşı işləyir, müştərilər onun varlığını bilmədikdə

MoneyGram CEO-su, blokçeynin ən yaxşı müştərilər onun varlığını bilmədikdə işlədiyini və şirkətin bu texnologiyanı arxa planda istifadə etdiyini bildirib.

Bluecore Energy üzən nüvə reaktorları üçün 10 milyon dollar investisiya aldı

Bluecore Energy, üzən nüvə reaktorları layihəsi üçün 10 milyon dollar ilkin maliyyələşdirmə əldə edib.

Alibaba Qwen 3.8 Max modelini təqdim etdi: süni intellekt yarışında yeni mərhələ

Alibaba, ən güclü süni intellekt modeli Qwen 3.8 Max-ı təqdim edərək qlobal AI yarışında yeni mərhələyə imza atdı.

Bitcoin ETF-ləri beş gün ardıcıl giriş gördü, ən uzun müddət bəri

Bitcoin ETF-ləri beş gün ardıcıl giriş qeydə aldı, cəmi 727 milyon dollar. Bitcoin 65.000 dolları keçərək aylıq zirvəyə çatdı.

AliExpress-ə saxta məhsul iddiası ilə 550 milyon avro cərimə gəldi

AliExpress, saxta məhsul satışına görə 550 milyon avro cərimələnib. Aİ-nin bu qərarı, platformaların məsuliyyətini vurğulayır.
spot_img