CoffeeStep kofe sənayesinin oyun qaydalarını dəyişir

Kofenin sadəcə içki olduğu dövrlər çoxdan geridə qalıb. Bu gün kofe həyat tərzi, üslub, sənət və xatirələrdir və CoffeeStep bu inqilabın ön sıralarındadır.

CoffeeStep-in məqsədi bütün kofe bazarını rəqəmsallaşdırmaqdır. Rəqəmsallaşdırma kofeşoplara müştəriləri cəlb etmək, satışları artırmaq və auditoriya ilə qarşılıqlı əlaqə yaratmaq üçün yeni üsul təqdim edir. Son istehlakçılar, istifadəçilərimiz üçün isə yüksək keyfiyyətli kofenin daha çox seçimi, rahatlığı və sərfəli qiyməti var.

CoffeeStep-i xüsusi edən nədir?

Aylıq kofe abunəsi: Hər gün keyfiyyətli kofedən sərfəli qiymətə həzz almağa imkan verir. Bir içkinin orta qiyməti 2,10-a enir, Bakıda orta qiymət 5,75 AZN təşkil edir.

Kofe içkilərinin geniş seçimi: Klassik espressodan tutmuş xüsusi kokteyllərə qədər, CoffeeStep tərəfdaşları ən tələbkar kofe həvəskarları üçün geniş çeşid təklif edir.

Loyallıq kartları (məs. 8+1 pulsuz): Respondentlərin 84%-i loyallıq kartlarının çap versiyalarının saxlanması ilə bağlı problemləri qeyd edib. CoffeeStep-də hər bir istifadəçinin bütün loyallıq kartlarını bir yerdə saxlamaq üçün ayrıca bölməsi var.

Ən yaxın kofeşopların avtomatik göstərilməsi və Google Map ilə inteqrasiya olunmuş xəritə: Respondentlərin 60%-i Bakıda ilk 3-lükdə olan kofeşoplardan başqa heç bir başqa kofeşop tanımır. Baxmayaraq ki, dad, keyfiyyət və xidmət baxımından yerli kofeşoplar bəzi hallarda onlardan üstündür. Yerli kofeşoplar bunu dəyişmək üçün çox pul xərcləyirlər. Lakin CoffeeStep-in buraxılması ilə istifadəçilər harada olmalarından asılı olmayaraq proqram vasitəsilə yeni yerlər kəşf edəcəklər.

Hər gün, CoffeeStep kofe bazarında daha vacib oyunçuya çevrilir, kofe içmə tərzimizi dəyişir və kofeşoplar müştəriləri cəlb etmək üçün yeni strategiyalar əldə etdilər.

CoffeeStep-ə qoşulun və heyrətamiz hekayəmizin bir hissəsi olun!

Coffeestep.az

spot_imgspot_img

Oxşar xəbərlər

Rusiya döyüş təyyarələrinin dizaynında süni intellektdən istifadəyə hazırlaşır

Rusiya Birləşmiş Təyyarə Şirkəti yeni təyyarələrin dizaynında Sberbank-ın GigaChat modeli də daxil olmaqla süni intellekt alətlərindən istifadə etməyi planlaşdırır.

ABŞ raket istehsal gücünü 4 dəfə artırır

RTX şirkəti ABŞ Müdafiə Nazirliyi ilə bağladığı müqavilələr çərçivəsində dörd raket sisteminin istehsalını 2-4 dəfə artırmağı planlaşdırır.

Mastercard araşdırması: ödəniş mübahisələrinin azaldılması üçün əməkdaşlıq vacibdir

Mastercard tərəfindən maliyyələşdirilən yeni araşdırma geri qaytarmaların azaldılması üçün daha sıx əməkdaşlığın zəruriliyini ortaya qoyur.

McDonald’s, Microsoft və Google tokenləşdirilmiş səhmlərə etiraz edir

Böyük şirkətlər SEC-in innovasiya istisnası çərçivəsində tokenləşdirilmiş səhmlərin listinqinə etiraz edir.

Süni intellekt qəbiristanlığı: uğursuz olan layihələrin siyahısı

Süni intellekt sahəsində gözləntiləri doğrulmayan və bağlanan layihələrin siyahısı startap ekosistemi üçün dərs xarakteri daşıyır.
spot_img