Starex Çinin Temu onlayn ticarət mağazası ilə əməkdaşlığa başlayıb.

Starex logistika şirkəti, Çinin Temu onlayn ticarət platforması ilə əməkdaşlığa başlayıb. Bu barədə Star Group Companies-in həmtəsisçisi Sabir Niftəliyev öz Facebook sosial media səhifəsində məlumat verib. Starex ilə Temu saytından edilən sifarişlər 7-10 gün ərzində bir-başa Azərbaycana çatdırılacağı bildirilir. Eyni zamanda 50 AZN-dən yuxarı məhsul sifarişində çatdırılma ödənişsiz olacaq.

Qeyd etmək istərdik ki, Temu onlayn mağazası hazırda sürətlə inkişaf edən, ucuz məhsullar təqdim platformadır. Temu, Çində onlayn ticarət platforması olan Pinduoduo-nun da sahibi olan PDD Holdings-ə məxsusdur və holdinq tərəfindən idarə olunur.

Temu platforması ilk dəfə 2022-ci ilin sentyabrında ABŞ-da fəaliyyət ilə başlayıb. 2024-cü ilin fevral ayında Temu bir neçə Super Bowl reklamı yayımlayaraq, 15 milyon ABŞ dolları hədiyyə olaraq təklif etmişdi. Nəticədə onlayn mağazanın Google axtarışı sayı və trafikində nəzərəçarpan artım olmuşdur.

spot_imgspot_img

Oxşar xəbərlər

AMB sahibkarların kredit müraciətlərini poçt vasitəsilə qəbul edəcək

Azərbaycan Mərkəzi Bankı sahibkarların kredit müraciətlərinin poçt operatorları vasitəsilə qəbul edilməsi mexanizmini hazırlayır.

ABŞ Binance-dən oğurlanan 1,17 milyard dolları geri qaytarmaq üçün məhkəməyə müraciət edib

ABŞ Ədliyyə Nazirliyi Binance-ə qarşı kiberhücumda oğurlanan 1,17 milyard dolların bir hissəsini geri qaytarmaq üçün məhkəməyə müraciət edib.

Supertake 20 milyon dollar investisiya alıb: süni intellekt agentləri bazar proqnozlarını səhm portfelinə çevirir

Supertake adlı startup bazar proqnozlarını süni intellekt agentləri vasitəsilə səhm portfelinə çevirən platforması üçün 20 milyon dollar investisiya cəlb edib.

Wildberries və Ozon qiymət artımı fonunda satıcılar üçün yeni komissiya modeli

Marketpleyslər satıcılar üçün komissiya və xidmət haqlarını yenidən nəzərdən keçirir — bu, məhsulun son qiymətinə birbaşa təsir edir.

Wildberries və Ozon marketpleyslərində mallar bir ildə 11% bahalaşıb

Rusiyanın ən böyük marketpleyslərində mallar bir ildə 11% bahalaşıb — bu göstərici rəsmi inflyasiyanı üstələyir.
spot_img