Bakı metrosunda QR ödənişlər 45%-ə artıb.

Bakıda ötən il dekabr ayının 30-da tam olaraq istifadəyə verilmiş yeni, QR biletlə ödəniş sistemi ilə gediş haqqını ödəyənlərin sayı 45% artıb. Bu artımı, ödəmə sisteminin ötən ay “m10” mobil cüzdanı ilə inteqrasiya edildikdən sonra, sezmək mümkündür.

“Bakı Metropoliteni” tərəfindən yayımlanmış məlumata əsasən, aprel ayı ərzində 257 min 198 sərnişin, mart ayında qeydə alımış 177 min 567 sərnişin ilə müqayisədə QR ödənişə yönəlib. Ümumən iki ayın müqayisəsində artım tam olaraq 44,8% təşkil edib.

QR biletlə gediş haqqı ən çox aprelin son günü qeydə alınıb və bu, xidmət istifadəyə verildiyi vaxtdan bir gün ərzində ən yüksək göstərici hesab olunub. Yəni, tam olaraq 12 min 107 sərnişin QR ilə ödənişi edib. Metronun “28 May” stansiyası isə QR biletlə ay ərzində ödəniş rekordunu qoruyur.

spot_imgspot_img

Oxşar xəbərlər

Bitcoinin məzənnəsi 70 min dollardan aşağı düşüb

Son bir ay ərzində kriptovalyuta dəyərinin 25%-dən çoxunu itirib. Coinmarketcap-ın...

Xaricdən alış-veriş edənlərin nəzərinə: Gömrükdə dəyişiklik

İyun ayından etibarən gömrük bağlamalarının bəyan edilməsi yeni qaydalarla...

Onlayn sifariş edilən məhsullar niyə gecikir? – Dövlət Gömrük Komitəsindən açıqlama

Son günlər bir sıra onlayn alış-veriş platformalarından edilən sifarişlərdə...

Onlayn xidmət göstərən qeyri-rezidentlərin vergi uçotu məcburi olacaq

Elektron ticarət qaydasında iş və xidmətlər təqdim edən qeyri-rezidentlərin...

Pünhan Nərimanov “PashaPay”in icraçı direktoru təyin edilib

Azərbaycanın iri elektron pul təşkilatlarından biri olan, m10 və...
spot_img