“Bakcell” yeni prestijli 100 seriyalı nömrələrini təqdim edir

İnnovasiya və sürət lideri “Bakcell” prestij və fərqliliyi sevən müştəriləri üçün xüsusi olaraq 100 seriyalı nömrələrini təqdim edir. Yeni seriya çərçivəsində müştərilər “055 100 XX XX” formatında unikal nömrələr əldə edə biləcəklər.

Yeni 100 seriyalı prestijli nömrələri “Bakcell”in rəsmi satış məntəqələrindən fiziki SIM və eSIM, həmçinin rəsmi vebsayt və mobil tətbiq vasitəsilə eSIM olaraq əldə etmək mümkündür.

Yeni seriyalı nömrələri onlayn şəkildə əldə etmək üçün sadəcə www.bakcell.com/esim səhifəsinə keçid etmək kifayətdir. Link vasitəsilə, həmçinin smartfonun eSIM-i dəstəkləməsini yoxlamaq olar.

 “Bakcell” haqqında

“Bakcell” Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda “Bakcell” üç milyondan çox müştərini yüksək keyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Şirkət süni intellektə əsaslanan innovasiyalar və həllər vasitəsilə Azərbaycanın davamlı inkişafına töhfə verir və Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biridir.

“Bakcell” müxtəlif  ölkələrdə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən “NEQSOL Holding” beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.

spot_imgspot_img

Oxşar xəbərlər

Anthropic Süni İntellektin Müstəqil Hərəkət Edə Biləcəyi Barədə Xəbərdarlıq Edir

Anthropic, süni intellekt sistemlərinin insan nəzarəti olmadan müstəqil hərəkət edə biləcəyi və potensial təhlükələr yarada biləcəyi barədə xəbərdarlıq yayıb.

Cisco, süni intellekt investisiyaları üçün 4 min işçisini işdən çıxarır

Cisco, süni intellekt investisiyalarına yönəlmək üçün 4 min işçisini işdən çıxarmaq qərarına gəlib.

IREN, AI infrastrukturu genişlənməsi üçün 3 milyard dollarlıq konvertasiya istiqrazı bağladı

IREN, süni intellekt infrastrukturu üçün 3 milyard dollarlıq konvertasiya istiqrazı bağlayıb.

Google-dan Apple-a süni intellekt çalımı: Gemini Intelligence

Google, Apple-ın tədbirindən əvvəl yeni süni intellekt paketi Gemini Intelligence-ı təqdim etdi.

xAI süni intellekt dəstəkli kodlaşdırma agenti Grok Build-i təqdim etdi

xAI tərtibatçılar üçün süni intellekt dəstəkli kodlaşdırma agenti Grok Build-i təqdim etdi. Alət terminal əsaslı işləyir.
spot_img