“Google” süni intellektin silah istehsalında istifadəsinə qadağa ilə bağlı prinsiplərini yeniləyib

“Google” şirkəti süni intellektin silah istehsalında istifadəsinə qadağa ilə bağlı prinsiplərini yeniləyib.

Əvvəllər bu prinsiplərə şirkətin həyata keçirməyəcəyi süni intellekt tətbiqləri adlı bənd daxil idi ki, buraya ümumi zərər verən və ya verə biləcək texnologiyalar, o cümlədən silahlar daxil idi.

Agentlik qeyd edir ki, bu ifadə artıq “Google”un səhifəsində görünmür.

Şirkətin nümayəndəsi agentliyə şərh verərkən şirkətin bloqunda dərc edilmiş məlumata istinad edib.

“Hesab edirik ki, demokratik ölkələr azadlıq, bərabərlik və insan hüquqlarına hörmət kimi əsas dəyərləri rəhbər tutaraq süni intellektin inkişafında lider olmalıdırlar. Bu dəyərləri bölüşən şirkətlər, hökumətlər və təşkilatlar insanları qoruyan, qlobal inkişafı təşviq edən və milli təhlükəsizliyi dəstəkləyən süni intellekti yaratmaq üçün birlikdə işləməlidirlər”, – məlumatda bildirilib.

“Google”un süni intellekt etikası qrupunun rəhbərlərindən biri olmuş Marqaret Mitçellin sözlərinə görə, bu addım “süni intellekt etikası sahəsində çalışan insanların gördüyü işi pozacaq”.

Onun sözlərinə görə, bu bəndin şirkətin prinsiplərindən çıxarılması “Google”un insanları öldürə biləcək texnologiyaların tətbiqi üzərində işləyə biləcəyi deməkdir.

spot_imgspot_img

Oxşar xəbərlər

Bithumb oktyabr hadisəsindən sonra fişinq hücumları barədə xəbərdarlıq edir

Bithumb ticarət sistemlərinin sındırılmadığını bildirsə də, oğurlanmış müştəri məlumatlarının gələcək fişinq hücumlarında istifadə oluna biləcəyi barədə xəbərdarlıq edib.

Goldman Sachs strateqi süni intellekt səhmlərini almağın hələ tez olduğunu düşünür

Goldman Sachs strateqi Kristian Müller-Qlissmann bazardakı qeyri-sabitlik fonunda süni intellekt səhmlərinə investisiyanın hələ tez olduğunu bildirir.

Avropa İttifaqı süni intellekt və kvant startapları üçün 54,7 milyard dollarlıq fond təklif edir

AB süni intellekt və kvant startapları üçün 54,7 milyard dollarlıq fond yaratmağı təklif edir ki, bu, Avropa şirkətlərinin qlobal rəqabət qabiliyyətini artırmalıdır.

Azərbaycanda dələduzluqla mübarizə üçün vahid platforma yaradılır

AMB rəqəmsal dələduzluğa qarşı mərkəzləşdirilmiş platformanın 2030-cu ilədək tam fəaliyyət göstərməsini planlaşdırır.

Avropa Bank İdarəsi DeFi kreditləşməsi üçün qaydalar tələb edir

EBA Avropa Komissiyasına müraciət edərək kripto şirkətlərinin DeFi kreditləşmə protokollarına çıxışı üçün qaydalar tələb edib.
spot_img