“Bakcell” yeni prestijli 100 seriyalı nömrələrini təqdim edir

İnnovasiya və sürət lideri “Bakcell” prestij və fərqliliyi sevən müştəriləri üçün xüsusi olaraq 100 seriyalı nömrələrini təqdim edir. Yeni seriya çərçivəsində müştərilər “055 100 XX XX” formatında unikal nömrələr əldə edə biləcəklər.

Yeni 100 seriyalı prestijli nömrələri “Bakcell”in rəsmi satış məntəqələrindən fiziki SIM və eSIM, həmçinin rəsmi vebsayt və mobil tətbiq vasitəsilə eSIM olaraq əldə etmək mümkündür.

Yeni seriyalı nömrələri onlayn şəkildə əldə etmək üçün sadəcə www.bakcell.com/esim səhifəsinə keçid etmək kifayətdir. Link vasitəsilə, həmçinin smartfonun eSIM-i dəstəkləməsini yoxlamaq olar.

 “Bakcell” haqqında

“Bakcell” Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda “Bakcell” üç milyondan çox müştərini yüksək keyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Şirkət süni intellektə əsaslanan innovasiyalar və həllər vasitəsilə Azərbaycanın davamlı inkişafına töhfə verir və Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biridir.

“Bakcell” müxtəlif  ölkələrdə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən “NEQSOL Holding” beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.

spot_imgspot_img

Oxşar xəbərlər

Bitcoin 12 həftənin minimumuna düşdü: likvidasiyalar 1,6 milyard dolları keçdi

Bitcoin avqustdan bəri ilk dəfə 70 min dollardan aşağı düşüb. Faiz dərəcəsi gözləntiləri və likvidasiyalar bazarı sıxır.

SpaceX və Tesla dekabrda birləşə bilər: tarixin ən böyük sövdələşməsi

SpaceX və Tesla-nın dekabrda birləşmə barədə elan verə biləcəyi bildirilir. Sövdələşmə tarixin ən böyüyü ola bilər.

DCase korporativ xidmət proseslərini süni intellektlə avtomatlaşdırır

Korporativ xidmət idarəetməsi platforması DCase agent əsaslı süni intellekt imkanlarını məhsuluna inteqrasiya edib.

Microsoft-un qlobal sətri bank və aviaşirkətləri də vurdu

Microsoft-un bulud xidmətlərində baş verən genişmiqyaslı sətir banklar, investisiya şirkətləri və aviaşirkətlərin iş proseslərinə təsir edib.

ChatGPT Wallet istifadəçilər üçün alış-verişi avtomatlaşdırır

OpenAI ChatGPT Wallet funksiyasını təqdim edib: süni intellekt agentləri istifadəçilər adına alış-veriş edib ödənişi tamamlaya biləcək.
spot_img