“Bakcell” yeni “debet kart” buraxır

“Bakcell” fintex bazarına daxil olmağa hazırlaşır

Facebook sosial şəbəkəsində yayılan məlumatlara əsasən Azərbaycanın ilk mobil operatoru olan Bakcell şirkəti də, Azercelldən sonra fintex bazarına daxil olaraq öz debet kartını təqdim etməyi planlanır. Bakcell-in yeni debet kartı və fintex layihəsi haqqında hələlik yalnız aşağıdakı məlumatlar bilinir.

“Bakcell” şirkəti debet kart təqdim edir.

Kart vasitəsilə onlayn ödənişlər, digər “Bakcell Debet” kartı istifadəçilərinə köçürmələr, müxtəlif ödənişlər və mobil nömrənin balansını artırmaq imkanı yaradacaq. Kartın xüsusiyyətləri:

  • 30%-ə qədər kəşbək (minimum 1,2 %);
  • Cashback limiti – 500 AZN;
  • Xüsusi “Bakcell” kampaniyaları: nömrənin balansı artırıldıqda 5 GB-a qədər internet bonusları (Bakcell tətbiqindən, Bakcell kartı ilə balans artırıldıqda);
  • “Ulduzum Premium” – kart sahibləri üçün əlavə üstünlüklər;
  • Rəqəmsal kart və fiziki kart olaraq təqdim olunur.
  • İllik dövriyyə limiti yoxdur.
  • “Kapital Bank” bankomat və ofislərində 4000 AZN-ə qədər nağdlaşdırma komissiyasızdır sonradan 0,5 % “Kapital Bank” bankomat və ofislərindən, 1,5 % isə digər bankların bankomatları və ofislərindən komissiya tutulur.
  • C2C “Kapital Bank” kartları və hesablar üçün 0%, digər bankların kartları üçün isə eyni limit çərçivəsundə 0% komissiya tutulacaq.

Məlumatda kartın 3 il müddəti olacağı qeyd olunur. Qeyd olunmuş məlumatlar rəsmi olaraq şirkət tərəfindən paylaşılmadığına görə, imkanlar və rəqəmlər yekunda dəyişə bilər.

spot_imgspot_img

Oxşar xəbərlər

Bitcoinin məzənnəsi 70 min dollardan aşağı düşüb

Son bir ay ərzində kriptovalyuta dəyərinin 25%-dən çoxunu itirib. Coinmarketcap-ın...

Xaricdən alış-veriş edənlərin nəzərinə: Gömrükdə dəyişiklik

İyun ayından etibarən gömrük bağlamalarının bəyan edilməsi yeni qaydalarla...

Onlayn sifariş edilən məhsullar niyə gecikir? – Dövlət Gömrük Komitəsindən açıqlama

Son günlər bir sıra onlayn alış-veriş platformalarından edilən sifarişlərdə...

Onlayn xidmət göstərən qeyri-rezidentlərin vergi uçotu məcburi olacaq

Elektron ticarət qaydasında iş və xidmətlər təqdim edən qeyri-rezidentlərin...

Pünhan Nərimanov “PashaPay”in icraçı direktoru təyin edilib

Azərbaycanın iri elektron pul təşkilatlarından biri olan, m10 və...
spot_img